Kafe və restoranların gəlirləri çoxalıb
Azərbaycanda bu ilin yanvar-mart aylarında ictimai iaşə dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 21,9 % artaraq 414,8 milyon manat olub.

Özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7 %-i hüquqi şəxslərin, 49,3 %-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.
Gent.az xəbər verir ki, hüquqi şəxslər üzrə dövriyyə 28,4 % artaraq 207,7 milyon manat olub. Hesabat dövrünə ictimai iaşə dövriyyəsinin 4,7 milyon manatı dövlət, 410 milyon manatı isə qeyri-dövlət sektorunun payına düşüb.






