Məşhur milyarderlər siyahısına üç rejissorun da adı daxil edilib
Gent.az -ın xarici mediaya istinadən xəbərinə görə, “Forbes” dünyanın ən zəngin məşhur milyarderlərinin siyahısını açıqlayıb və siyahıya iki əfsanəvi rejissor – Corc Lukas və Stiven Spilberq başçılıq edir.
Siyahıya adı salınmış 14 ən zəngin məşhur milyarderin ümumi sərvəti 31 milyard ABŞ dolları təşkil edir. Ən yüksək pillələrdə olan sənətçilər arasında müğənni Rihanna, Kim Kardaşyan, şoumen və media maqnatı Tayler Perri, müğənni və iş adamı JAY-Z və teleaparıcı Opra Uinfri də var.
Siyahıda rejissorlar Corc Lukas, Stiven Spilberq, Piter Cekson və prodüser və ssenarist Dik Volf var. Ən zəngin məşhurlar arasında idmançılar da yer alıb: qolfçu Tayqer Vuds və basketbolçular Maykl Cordan, LeBron Ceyms və Magic Jonson. Dünyanın ən varlı məşhurlarının tam siyahısı belədir:
14. Taylor Svift - 1,1 milyard dollar
13. Dik Volf - 1,2 milyard dollar
12. Seli Conson - 1,2 milyard dollar
11. LeBron Ceyms - 1,2 milyard dollar
10. Tayqer Vuds - 1,3 milyard dollar
9. Rihanna - 1,4 milyard dollar
8. Tayler Perri - 1,4 milyard dollar
7. Piter Cekson - 1,5 milyard dollar
6. Kim Kardaşyan - 1,7 milyard dollar
5. JAY-Z - 2,5 milyard dollar
4. Opra Uinfri - 2,8 milyard dollar
3. Maykl Cordan - 3,2 milyard dollar.
2. Stiven Spilberq - 4,8 milyard dollar
1. Corc Lukas - 5,5 milyard dollar