Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

İşgüzaran1 dəq oxu
Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır

Asiyanın ən varlı adamı Mukeş Ambani 116 milyard dollar sərvətinə malikdir və o, ailəsi ilə dəbdəbəli həyat sürür.

Gent.az  xarici mediaya istinadən xəbər verir ki, Ambani sevdiklərinə  bahalı hədiyyə verməklə ad çıxarıb. 
Mukeşin ailə üzvlərinə və dostlarına verdiyi bahalı hədiyyələrin siyahısını təqdim edirik.

Airbus lüks təyyarəsi (A319

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır — şəkil 1

Milyarder həyat yoldaşı Nitanın 55 illik yubileyi üçün ona dəyəri 28 milyon dollardan çox olan şəxsi təyyarə hədiyyə edib. Təyyarədə, xüsusi ofis, gözəllik salonu, musiqi sistemləri və peyk televiziyası var.

Rolls-Royce Cullinan Black Badge

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır — şəkil 2

Keçən il Divali bayramında Mukeş həyat yoldaşı Nitaya narıncı rəngli ultra dəbdəbəli “Rolls-Royce Cullinan Black Badge” avtomobili
hədiyyə edib. Bu bahalı maşın milyarderə təxminən 1 milyon 200 min dollara başa gəlib.

Xüsusi qarderob

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır — şəkil 3
Dörd uşaq babası olan Mukeş nəvələrinə yəni qızı  İşa Ambaninin əkiz övladlarına “Dior” və “Chanel” də daxil olmaqla dəbdəbəli brendlərin paltarları ilə dolu xüsusi qarderob hədiyyə edib.

“Bentley Continental GTC” 

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır — şəkil 4

Mukeşin oğlu Anant 2022-ci ildə Radhika Merchant ilə nişanlananda onlara dəyəri yarım milyon dollardan çox olan dəbdəbəli Bentley Continental GTC Speed avtomobili bağışlayıb.

22 mərtəbəli bina

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır — şəkil 5

2023-cü ilin aprelində Mukeş köhnə dostu Manoj Modiyə 15 milyard dollar dəyərində 22 mərtəbəli bina hədiyyə edib.

“Palm Jumeirah” sahilində villa

Asiyanın ən varlı adamı: Yaxınlarına etdiyi hədiyyələr dodaq uçuqladır — şəkil 6

Mukeş 2022-ci ildə oğlu Anant üçün “Palm Jumeirah”da 3000 kvadrat metrlik dəbdəbəli malikanə alıb.
 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan