Azərbaycanda güzəştli kreditlər

İşgüzaran2 dəq oxu
Azərbaycanda güzəştli kreditlər

Azərbaycanda dövlət vəsaiti ilə güzəştli kreditlərin ayrılması zamanı üstünlük veriləcək əsas sahələr dəqiqləşib.

FED.az xəbər verir ki, bura ümumilikdə 26 istiqamət aiddir.

Sahibkarlığın İnkişafı Fondundan (SİF) FED.az-a verilən məlumata görə, Fondun vəsaitlərinin istifadəsi üzrə prioritet istiqamətlər aşağıdakılardır:

Kredit borcunu müntəzəm ödəyən şəxslərə faiz məbləğinin - 5%-i Geri Qaytarılacaq

Azərbaycan prezidentinin fərman və sərəncamlarında, dövlət proqramlarında nəzərdə tutulan istehsal, emal və xidmət sahələrinin yaradılması və ya genişləndirilməsi;
aqrar sektorda emal müəssisələrinin yaradılması və mövcud emal müəssisələrinin modernləşdirilməsi və ya genişləndirilməsi;
aqropark və fermer təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
ətlik və südlük istiqamətli cins iribuynuzlu və digər heyvandarlıq komplekslərinin yaradılması və ya genişləndirilməsi;
müasir suvarma sistemləri və digər müasir texnologiyaların tətbiqi ilə əkinçilik, intensiv bağçılıq və tingçilik təsərrüfatlarının yaradılması və ya genişləndirilməsi;
qurudulmuş və dondurulmuş meyvə-tərəvəz istehsalı, qüvvəli yem və ət kəsimi müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
çayçılıq, pambıqçılıq, tütünçülük, çəltikçilik, baramaçılıq və üzümçülük təsərrüfatlarının yaradılması;
tütünqurutma, baramaqurutma, yun və dəri qəbulu məntəqələrinin yaradılması və ya genişləndirilməsi;
startap layihələrin dəstəklənməsi;
turizmin inkişafı üzrə layihələrin dəstəklənməsi;
innovativ texnologiyalar əsasında yeni istehsal və emal müəssisələrin yaradılması və ya mövcud müəssisələrin modernləşdirilməsi və ya genişləndirilməsi;
logistik mərkəz (qida və qeyri-qida məhsullarının saxlanması, daşınması və satışı), taxıl anbarı kompleksi, yaşıl market və fermer mağazalarının yaradılması və ya genişləndirilməsi;
nəqliyyat, ticarət (o cümlədən elektron kommersiya) və logistika xidmətlərinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
tikinti sektorunun inkişafı yönümlü layihələrin dəstəklənməsi;
digər istehsal, emal və xidmət sahələrində (yüngül, yeyinti, kimya, maşınqayırma sənayesi, tibb, təhsil və s.) müəssisələrin yaradılması və ya genişləndirilməsi;
idxaləvəzləyici və ixrac yönümlü qida və qeyri-qida məhsullarının istehsalı və emalı müəssisələrinin yaradılması və ya genişləndirilməsi;
dağ-mədən sənayesinin inkişafı yönümlü layihələrin dəstəklənməsi;
təkrar emal layihələrinin dəstəklənməsi;
balıqçılıq və digər su bioresurslarının bərpa olunması və artırılmasının dəstəklənməsi;
ənənəvi və milli mənəvi dəyərləri özündə əks etdirən qədim xalq sənətlərinin inkişaf etdirilməsi məqsədilə xalçaçılıq, dulusçuluq, ipəkçilik, misgərlik, suvenir istehsalı və sair sahələrin dəstəklənməsi;
kütləvi informasiya vasitələrinin inkişafı layihələrinin dəstəklənməsi;
rəqəmsal iqtisadiyyat, internet, telekommunikasiya xidmətlərinin inkişafı layihələrinin dəstəklənməsi;
alternativ enerji və ya rəqəmsallaşmanın tətbiqi, bu sahədə xidmətlərin göstərilməsi, avadanlıq və qurğular istehsalının həyata keçirilməsi yönümlü layihələrin dəstəklənməsi;
ekoloji tarazlığı təmin edən biznes layihələrin dəstəklənməsi;
BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri və ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) faktorlarına əsaslanan kənd təsərrüfatı, istehsal, emal, turizm və digər sahələr üzrə layihələrin dəstəklənməsi;
işğaldan azad olunmuş ərazilərdə sosial-iqtisadi inkişafa xidmət edən biznes layihələrin dəstəklənməsi.

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan