Real insanların nüfuzunu məhv edən 5 film

Kino3 dəq oxu
Real insanların nüfuzunu məhv edən 5 film

Ehtiyatlı hüquqşunaslar boş yerə filmlərin başlanğıc titrlərində hər-hansı bənzərliklərin təsadüfi olduğunu və heç kimi aid olmadığını qeyd edirlər.

5. “Riçard Cuellin işi”, 2019

Bu Klint İstvudun 1996-cı ildə Atalantada keçirilən Olimpiya oyunlarında partlayışı təşkil etməkdə şübhəli bilinən sakit mühafizəçi haqqında bioqrafik lentdir.

Kim zərər çəkib? Gözəl aktrisa Oliviya Uayld bu filmdə istintaqın sirrlərini əldə etmək üçün FİB əməkdaşı ilə cinsi əlaqəyə girməyə razı olan Keti Skraqqs adlı jurnalisti oynayır. Bu rol jurnalistlər, xüsusən də bu peşəyə yiyələnən qadınlar arasında narazılığıa səbəb olur.

Qeyd etmək lazımdır ki, Keyti Skraqqsın özü 2001-ci ildə vəfat etdiyi üçün bu barədə münasibət bildirmir.

Onun adını təmizə çıxara bilmirlər. Bu filmə baxanlar indidə onun istədiyinə nail olmaq üçün hər bir pis əmələ hazır olan bir insan kimi görürlər.

Real insanların nüfuzunu məhv edən 5 film — şəkil 1

4. “Diqqət mərkəzində”, 2015

Bu qəzetdə işləyən jurnalistlər haqqında film “Oskara” layiq görülür. Süjetə əsasən, həmin jurnalistlər pedofil rahibləri müəyyən edərək məsuliyyətə cəlb etməkdə yardımçı olurlar.

Kim zərər çəkib? Filmdə bir neçə saniyə ərzində bəhs edilən Boston məktəblərindən birinin himayədarı Cek Dann (onu Qeri Qelon canlandırır). Filmdə o pedofilləri müdafiə edir və onlarıın günahsız olduğunu göstərmək istəyir. Həqiqətdə isə Dann araşdırma aparılmasına tərəddüdsüz icazə verir jurnalistlərə və hüquq mühafizəçilərinə tam dəstək olur.

Filmin prodüserləri Danndan üzr istəyir və hətta onun adını daşıyan xeyriyyə fonduna yatırım edirlər. Lakin bu onunla bağlı formalaşan təəsürata o qədər də güclü təsir etmir.

Real insanların nüfuzunu məhv edən 5 film — şəkil 2

3. “Bonni və Klayd”, 1967

Bu rejissor Artur Pennin amansız romantiklər haqqında çəkdiyi klassik kriminal bayopikdir.

Kim zərər çəkib? Filmdə qansız və beyinsiz heyvan kimi göstərilən polislərin nüfuzu. Bu məcrada ən böyük zərər Texas reynceri Frenk Heymerə dəyib. Heymer kinoşirkətini məhkəmə ilə hədələsə də münaqişəni kompensasiya yolu ilə həll etmək mümkün olur.

Real insanların nüfuzunu məhv edən 5 film — şəkil 3

2. “İmitasiya oyunu”, 2014

İnformatikanın və kriptoanalitikanın atası sayilan Alan Türinq haqqında kinobioqrafiya

Kim zərər çəkib? Ümumi olaraq uğurlu alınan lenti sənədləşdirilmiş faktların saxtalaşdırılmasına və baş qəhrəmanın yanlış qələmə verilməsinə görə fəal şəkildə tənqid ediblər.

Lakin burada əsas qurban Türinq yox, Çarlz Densin canlandırdığı Alister Dennistondur. Filmə əsasən, kriptoqrafiya şöbəsinin rəhbəri deşifrəçilərin əməyinə qeyri-ciddi yanaşır və mütəmadi olaraq Türinqin komandasın önündə maneələr yaratmağa çalışır.

Dennistonun övladları qəzetə açıq məktub yazaraq filmdə göstərilənlərlə bağlı qəti narazılıqlarını bildirirlər. Nəticədə ssenari müəllifi üzr istəyərək Dennsitonun Britaniya imperiyasının qəhrəmanı olduğunu qəbul edir.

Real insanların nüfuzunu məhv edən 5 film — şəkil 4

1.“300 spartalı”, 2006

Bir qrup spartalı qəhrəmanın Fars ordusuna qarşı mübarizəsindən bəhs edən möhtəşəm epos.

Kim zərər çəkib? Əlbəttə ki farslar. Filmdə onlar Kserksi təmsil edən bir frikin əlinin altında olan beyinsiz sürü kimi göstərilir. Lakin tarixə bələd olan yaxşı bilir ki, farsların filmdə göstərilən kütlə ilə heç bir bağlantısı yoxdur.

Real insanların nüfuzunu məhv edən 5 film — şəkil 5

Oxşar məqalələr

Hamısı

Serialların ulduzu öldü

Amerikalı məşhur aktrisa və "Desperate Housewives" ("Ümidsiz Evdar Qadınlar") serialının ulduzu Valeri Mahaffey həyatın…

Kino

Ən çox oxunan