Leonardo di Kaprionun 5 ən yaxşı rolu

Kino2 dəq oxu
Leonardo di Kaprionun 5 ən yaxşı rolu

1.“Bacarsan, tu məni” – Frenk Abiqneyl kiçik

Bu film yetkinlik yaşına çatanadək həkim, vəkil və hətta “Pan American” şirkətinin pilotu qismində çalışmış ustad yalançı Frenk Abiqneyl haqqındadır.

Frenk peşəkar tərzdə sənədləri saxtalaşdırır, şəhərləri gəzir və öz yalanları vasitəsi ilə böyük pullar qazanır. Bu FTB agenti Karl Henrettin heç xoşuna gəlmir və o Frenki həbs etməyə çalışır.

Leonardo di Kaprionun 5 ən yaxşı rolu — şəkil 1

2. “Lənətlənmişlər adası” – Teddi Deniels

Qarşınızda Martin Skorsezenin ən ağır filmlərindən biridir. Bu filmdə Leo marşal Teddi Denielsi oynayır. Həmkarı Çak Ouol ilə Şatter adasına mürəkkəb bir hadisəni araşdırmağa gedir. Adada psixiki xəstəliklərdən əziyyət çəkən cinayətkarlar üçün tikilmiş Eşkliff xəstəxanası var.

Orada Deniels gözlənilməz problemlərlə qarşılaşaraq yavaş-yavaş dəli olur.

Leonardo di Kaprionun 5 ən yaxşı rolu — şəkil 2

3. “Başlanğıc” – Kobb

Kristofer Nolanın labirint filmi Kobb adlı peşəkar xəfiyyədən bəhs edir. O, yuxu vasitəsi ilə insanların şüuraltına girərək istədiyi məlumatı əldə edir.

Lakin bir dəfə Kobb ideyanı oğurlamaq yox, kiminsə şüurun daxil etmək tapşırığı alır.

Leonardo di Kaprionun 5 ən yaxşı rolu — şəkil 3

4. “Uoll-strit canavarı” – Cordan Belfort

Bu filmdə diKaprio maliyyə brokeri Cordan Belfortu oynayır. Onin qəhrəmaı vaxtı ilə Uoll-sttritdə işləyərək böyük nailiyyətlər əldə edir.

Get-gedə gəliri artan Cordan pullarını küləyə sovurmağa başlayır. Nəticədə FTB onu nəzarətə götürür.

Leonardo di Kaprionun 5 ən yaxşı rolu — şəkil 4

5. “Sağ qalan” – Hyü Qlass

Bu filmdəki rola görə Leo ilk “Oskar”ını alır. Bunun üçün o nəhəng ayı ilə mübarizə aparır, həmçinin donmamaq üçün at cəmdəyinin içinə girməli olur.

Qeyd etmək lazımdır ki, bu film real hadisələrədən ilhamlanıb.

Leonardo di Kaprionun 5 ən yaxşı rolu — şəkil 5

Oxşar məqalələr

Hamısı

Serialların ulduzu öldü

Amerikalı məşhur aktrisa və "Desperate Housewives" ("Ümidsiz Evdar Qadınlar") serialının ulduzu Valeri Mahaffey həyatın…

Kino

Ən çox oxunan