Bu hekayədə hər şey maraqlıdır.
İlk növbədə, gənc bir qızın necə həbsxana nəzarətçisi olmaq istəməsini təsəvvürümüzə belə gətirə bilmərik. Lakin avstraliyalı İzabel Deltor 29 yaşınadək cinayətkarlara nəzarət edib. Lakin məhbuslar yox, onun həmkarları adətən İzabelə ilişir, onunla kobud zarafat edirmiş
Nəticədə İzabeldə posttravmatik stress pozğunluğu yaranır və nəhayət o qərara gəlir ki, əgər kişilər ona bu qədər maraq göstərirsə, gərək ona pul versinlər.
Beləliklə qadın öz gücünü striptiz klubda sınamaq istəyir.
İlk rəqsimə görə, həbsaxanada iki həftə iş müqabilində qazandığımdan daha çox pul aldım. Həmin gecə saat 04:00-da həbsxananın müdiriyyətinə elektron məktub göndərərək vidalaşdım.
Lakin İzabel rəqslərlə yetinmir. O rekvizitlər və kostümlər istifadə etməyə, xoreiqraflardan dərs almağa başladı. Nəticədə öz çıxışlarını şouya çevirməyi bacarır.
Paralel olaraq o “Miss Nude Australia” konkursunda iştirak edirdi. Beləliklə uğur dalğasını ram edən qadına “Miss Nude World” yarışının təşkilatçılarında təklif gəlir. Və...İzabel bu konkursun da qalibi olur.
Qeyd etmək lazımdır ki, o məşnur “Rik və Morti” cizgi filminin personajı olub.
Bundan əlavə sən İzabeli “Simpsonlar”da da görə bilərsən.
Lakin qadın bununla da yetinməyərək böyüklər üçün filmlərə çəkilməyə başlayır. Qeyd etmək lazımdır ki, o Avstraliyada keçirilən “Logie Awards” konkursunda ən yaxşı aktyor adını qazanır.