Usta rejissorun yeni filmi

Kino1 dəq oxu
Usta rejissorun yeni filmi

Martin Skorseze Leonardo Di Kaprionun rol aldığı "Çiçək Ayın Qatilləri" adlı yeni filmi üçün "Apple" və "Netflix" ilə görüşür.

"The Wall Street Journal"ın xəbərinə görə, usta rejissor Martin Skorseze Amerikan jurnalist və yazıçı David Qrannın "Killers of the Flower Moon: The Osage Murders and the Birth of the FBI" ("Çiçək Ayın qatilləri: Osaqa Cinayətləri və FTB-nin Doğuşu") kitabını səhnəyə uyğunlaşdırmağa hazırlaşır.

 O, ümumi büdcəsinin 200 milyon dollar olacağı gözlənilən filmin maliyyələşdirilməsi və yayımlanması üçün "Apple" və "Netflix" ilə də danışıqlar aparır. 

"Çiçək Ayın qatilləri" 1920-ci illərdə yaşadıqları Oklahoma bölgəsində neft çıxması səbəbi ilə mənsubları bir-bir öldürülən Osaqa yerli qəbiləsi və bu iş üzrə aparılan federal istintaqdan bəhs edir.

 Qeyd edək ki, ötən il rejissorun "The Irishman" ("İrlandiyalı") filmi tamaşaçılara təqdim olunub. Çarlz Brandtın romanının motivləri, Stefan Zaillianın ssenarisi əsasında Martin Skorsezesin rejissorluğu ilə çəkilmiş 170 milyonluq film də "Netflix"də yayımlanmışdı. 

Oxşar məqalələr

Hamısı

Serialların ulduzu öldü

Amerikalı məşhur aktrisa və "Desperate Housewives" ("Ümidsiz Evdar Qadınlar") serialının ulduzu Valeri Mahaffey həyatın…

Kino

Ən çox oxunan