Yayımlandığı gündən izləyici sayı ilə rekord qıraraq dünyaya səs salan "Squid Game" serialında 001 nömrəli oyunçu rolunu canlandıran 77 yaşlı O Yon Su "Netflix" dramında "Ən yaxşı ikinci plan kişi rolu" nominasiyasında "Qızıl Qlobus" kinomükafatına layiq görülüb.
BiG.AZ xarici mətbuata istinadən xəbər verir ki, Hollivudun Xarici Mətbuat Birliyinin səsvermə nəticələri dünən gecə (10 yanvar tarixində) mükafatın rəsmi saytında dərc olunub.
Hakimlər aktyorun filmdəki rolunu yüksək qiymətləndiriblər. Süjetə görə, 001 nömrəli oyunçu sağalmaz xəstəlikdən əziyyət çəkən yaşlı milyonçudur. Filmin son hissəsində məlum olur ki, beynində şiş aşkaranan kişi əslində oyunun təşkiltçısıdır.
1 oktyabr 1944-cü il tarixində dünyaya gələn O Yon Su artıq 19 yaşında teatr səhnəsinə çıxıb. 200-dən çox layihədə iştirak edən aktyor məhz "Squid Game" filmindən sonra bütün dünyada şöhrət qazanıb.
Qeyd edək ki, 79-cu "Qızıl Qlobus"2022 kinomükafat mərasimi ABŞ-ın Los-Anceles şəhərindəki oteldə, yanvarın 9-dan 10-na keçən gecə baş tutub.