Yarandığı gündən bu yana müstəqil kino haqqında müxtəlif fikirlər irəli sürülür. Anti-Hollivud siyasətinin nəticəsidir, çox az büdcə ilə çəkilməlidir kimi düşüncələr meydana gəlsə də, texniki cəhətdən müstəqil kino rejissor, ssenarist və aktyorun istehsalçı şirkət və ya hər hansı bir xarici amilin təsirinə məruz qalmadığı, iqtisadi cəhətdən mövcud olan kino sənayesinin xaricində qalmağı bacarmış məzmun və büdcə baxımından müstəqil olan filmləri ümumiləşdirən bir anlayışdır.
Müstəqil filmlər B kateqoriyalı filmlər siyahısına daxildir. Bu filmlərdə əsas mövzu filmin sonunda aydın olur. Bu tip filmlərin bəzilərində diqqəti cəlb etmək üçün erotika janrı və təcavüz səhnələri çoxluq təşkil edir. Müstəqil filmlərə ayrılan büdcə az olduğundan uğursuzluq zamanı cüzi itkilər olsa belə, uğur qazandıqları zaman çəkilən xərcdən daha çox gəlir əldə etmək mümkün olur.
Hazırda əlverişli qiymətlərə yüksək texnologiyaya sahib rəqəmsal film avadanlıqlarının olması müstəqil rejissorların böyük studiyalardan asılılığını da aradan qaldırıb.
Həm çəkiliş, həm də post-istehsal prosesi asanlaşdığından son 15 ildə müstəqil kinonun populyarlığı artıb.
Bu məqaləmizdə bu janrın ən yaxşı nümunələrini araşdırdıq:
"Kriminal qiraət" (1994)
Kventin Tarantinonun bu filmi müstəqil filmlərə ən yaxşı nümunədir.
Film üç fərqli hissədən ibarətdir. Premyerası 1994 il sentyabrın 23-də keçirilib. Dili ingiliscədir, müddəti 154 dəqiqədir. Film ən yaxşı orijinal ssenariyə görə "Oskar" mükafatı qazanmışdır. Büdcəsi 8,5 mln, gəliri isə 212.9 mln dollardır. Filmdəki hadisələr Los-Ancelesdə baş verir. Bədii rəngli filmin baş rollarında Con Travolta, Semuel El Cekson və Bryus Uillis çəkilib.
Hubert Şelbinin 1978-ci ildə nəşr olunmuş romanının motivləri əsasında 2000-ci ildə Darren Aronofskinin rejissorluğu ilə çəkilmiş bu film tragediya janrındadır.
Filmin baş rollarını Ellen Bürst, Cennifer Konnelli, Marlon Uayans və Cared Leto bölüşür.
4,5 milyon dollar büdcəsi olan bu film narkotik aludəçisi qızın televizordan asılı hala gəlmiş anası ilə aralarında yaranan uçurumdan bəhs edir.
ABŞ istehsalı olan bu film komediya-dram janrındadır. Film "79-cu Akademiya Mükafatları"na 4 kateqoriyada namizəd olmuş, 2-ni qazanmışdır. Filmin ssenaristi Maykl Arndt, rejissorları isə Conatan Dayton və Valeri Farisdir. Orijinal ssenarisi ilə bir çox mükafat alan filmin büdcəsi 8.000.000 dollardır.
"Memento" tanınmış Amerikalı rejissor Kristofer Nolanın eyni adlı qısa hekayə əsasında yazılan ssenariyə əsasən 2000-ci ildə çəkdiyi psixoloji dedektiv filmidir. Bu film IMDb-də bütün dövrlərin ən yaxşı filmləri arasında 47-ci yeri tutur.
"Memento" saysız-hesabsız mükafatlar qazanmışdır, onlardan ən vacibi isə "Ən yaxşı ssenari" və "Ən yaxşı montaj işi" nominasiyaları üzrə 2000-ci ildə qazandığı "Oskar" mükafatıdır. Film eyni zamanda, "Qızıl Qlobus" mükafatına da namizəd göstərilmişdir. Qay Pirs, Kerri-Anna Moss ve Coy Pantolianonun baş rollarda olduğu bu filmin büdcəsi 9 milyon dollardır.
Romantik-dram janrında olan bu filmin rejissorluğunu Maykl Qondri, ssenari müəllifliyini isə Klari Kaufman və Pyer Bismut etmişdir.
20.000.000 dollar büdcəyə sahib bu filmin mövzusu bir-birindən çox fərqli insanın sevgisi haqqındadır. Klementin və Coel nə qədər fərqli olsalar da, bir-birilərini çox sevirdilər, lakin zamanla aralarında problem yaranmağa başladı.
Rejissor filmdə qızın saç rəngi ilə hekayəni əlaqələndirib. Belə ki, qızın saç rəngi yeni tanış olanda sevgilərinin təzəliyini simvolizə edən yaşıl, münasibətin ilk zamanlarında qırmızı, irəliləyən dövrlərdə solan münasibətləri kimi narıncı, sonda isə bitən sevginin depressivliyinə işarə edən mavi rəngdə olur.
Əgər bu filmləri izləmisinizsə, başqa müstəqil kino nümunələrinə göz gəzdirə bilərsiniz:
"Donnie Darko"
Bu növ filmlərin daha çoxuna baxmaq istəyirsinizsə, internetdə "indie" yazaraq araşdıra bilərsiniz. Qeyd edək ki, bu termin ingilis dilindəki "independent"(müstəqil) və "movie"(film) sözlərinin birləşməsindən yaranıb.