Kinoteatrların vəziyyəti pandemiyanın gedişatına görə ehtiyatla dəyişsə də, xüsusilə, böyük büdcəli filmlərin təqvimi yenidən planlaşdırılır.
Bəziləri istehsal ərəfəsindədir, bəziləri isə izlənməyə hazırdır. Dünyanın tarazlığı dəyişmişkən kino sənayesi də pandemiyanı alternativ həllər ilə dəf etməyə çalışır. Gözlənilən filmlərin təxirə salınma xəbərləri bir-birinin ardınca gəlir.
"Avatar": 2021-ci ildən etibarən hər il yeni film çıxaracaqları elan edilsə də, bu cədvəl 1 il təxirə salındı. Yeni "Avatar"ın planlaşdırılmış buraxılış tarixi 16 dekabr 2022-ci ildir.
"Sakit bir yer 2" ("A Quiet Place 2"): Sentyabrın əvvəlinə planlaşdırılmış buraxılış tarixi 2021-ci ilin aprelinə qədər uzadıldı.
"Yarasa adam" ("The Batman"): Planlaşdırılan tarixindən 5 ay sonra təqdim olunacaq filmin yeni premyera tarixi 2021-ci ilin oktyabrındadır.
"Şəkər adamın lənəti" ("Candyman"): 1992-ci il tarixli filminin davamı üçün ilk olaraq iyun ayı seçildi. Sonra yayım tarixi sentyabradək uzadıldı və nəhayət, 2020-ci ilin oktyabr ayı olaraq elan edildi.
"Əbədilər" ("Eternals"): "Marvel" kainatından Ancelina Coli və Salma Hayekin birlikdə rol aldığı filmin 12 fevral 2021-ci ildə izləyicilər ilə görüşməsi planlaşdırılıb.
"Flaş" ("Flash"): Filmin yaradıcıları işlərini riskə atmayıb yayım tarixini 2022-ci ilin iyun ayı üçün müəyyənləşdirdiklərini elan etdilər.
"Fransız göndərişi" ("The French Dispatch"): Wes Andersonun fantaziya dünyasının yeni bir əsərini izləmək üçün hələ bir ümid yoxdur. 16 Oktyabr olaraq elan edilən yayım tarixi ləğv edildi, yenisi isə açıqlanmadı.
"Kabus ovçuları" (“Ghostbusters”): Yeni “Kabus ovçuları” filmi üçün görüş tarixi iyun ayına planlaşdırılmışdı, amma məlum səbəblərdən 2021-ci ilin mart ayınadək təxirə salındı.
"Matrix 4": Davamının nə vaxt gələcəyi haqqında çox soruşulan film 2021-ci ilin may ayı üçün ümid vermişdi. Ancaq yeni tarix 2022-ci ilin aprelinə təyin edildi.
"Missiya: Qeyri-mümkün 7" ("Mission: Impossible 7"): 7-ci davam filminin yeni göstərilmə tarixi 2021- ci ilin noyabrına planlanılıb.
"Mulan": Təxirə salınma xəbərini eşitdiyimiz ilk böyük layihələrdən biri olan "Mulan" rəsmi göstərilmə tarixini təqvimdən çıxardı. Filmin sonunun necə olacağı haqqında fikirlər ortada gəzərkən "Disney" sentyabr ayında əlavə ödənişlə "Disney +" rəqəmsal platformasında yeni filmi təqdim edəcəyini elan etdi.
"Ölməyə vaxt yoxdur" ("No time to die"): Rəsmi mahnısına qədər çıxan yeni Bond filmi üçün yayım tarixi 2020-ci ilin noyabr ayıdır.
"Ulduz Döyüşləri" ("Star Wars"): Yeni trilogiya gələnə qədər köhnələrdən zövq almağa davam edin, çünki filmin istehsalçıları hər Miladda yeni film xəbərini müjdələsələr də, 2023-ə qədər yeni film görə bilməyəcəksiniz.
"Tenet": Qısa müddətdə yayımlanması gözlənilən layihələrdən biri, Kristofer Nolanın yeni filmi üçün gün saymaq sona çatır. Filmin buraxılış tarixi 26 Avqustdur.
"Ecazkar qadın 1984" ("Wonder Woman 1984"): İyul, ardınca avqust ayları irəli sürülsə də, Qal Qadotun rol aldığı "Ecazkar qadın" üçün yeni tarix 2020-ci ilin oktyabr ayıdır.