Boks sevənlər üçün 7 film tövsiyəsi

Kino2 dəq oxu
Boks sevənlər üçün 7 film tövsiyəsi

Boks sevənlər buraya! Məhəmməd Əlidən Rokki Balboaya qədər bütün zamanların ən yaxşı boksçularını və ilham verdikləri filmləri bir araya topladıq:

Boks sevənlər üçün 7 film tövsiyəsi — şəkil 1

“Rokki” (“Rocky”)

Bütün zamanların ən yaxşı boks filmi olan “Rokki”-nin ssenaristi Silvestr Stallonedir.  

Film 1977-ci ildə 10 nominasiyada “Oskar”-a namizəd olmuş, “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı fiksiya” üzrə 3 mükafat almışdır.

Boks sevənlər üçün 7 film tövsiyəsi — şəkil 2

“Milyon dollarlıq körpə” (“Million Dollar Baby”)

Rollarında Hilari Suonk, Klint İstvud, Morqan Friman kimi bir çox ulduz olan film 2005-ci ildə “Ən yaxşı film”, “Ən yaxşı rejissor”, “Ən yaxşı aktrisa” və “Ən yaxşı köməkçi aktyor” nominasiyaları üzrə mükafat qazanıb.

Boks sevənlər üçün 7 film tövsiyəsi — şəkil 3

“Əsəbi buğa” (“Raging Bull”)

Boksçu Ceyk LaMottanın həyatından bəhs edən 1980-ci il istehsalı filmin rejissoru Martin Skorsezedir. “Əsəbi buğa” “mədəni, tarixi və estetik baxımdan əhəmiyyətli” filmlərdən biri olaraq seçilib və “ABŞ Milli Film Arxivi”-də qorunur.

Boks sevənlər üçün 7 film tövsiyəsi — şəkil 4

“Əli” (“Ali”)

ABŞ-lı boksçu Məhəmməd Əlinin həyatından bəhs edən 2001-ci il istehsalı dram filmində Əlini Uill Smit müvəffəqiyyətlə canlandırıb.

Vyetnam müharibəsinə “Mənim onlarla bir problemim yoxdur” deyərək getməyi rədd edən məşhur boksçunun bu səbəbdən çempionluq ünvanı əlindən alınmış və boksdan uzaqlaşdırılmışdır.

Boks sevənlər üçün 7 film tövsiyəsi — şəkil 5

“Sindirella kişi” (“Cindrella Man”)

“Sindirella kişi” ləqəbli məşhur boksçu Ceyms C. Braddokun həyatı əsasında çəkilən filmdə “Oskar” mükafatlı Rassel Krou, Rene Zelweger yer alıb. Film boks sevən kişilər tərəfindən çox bəyəniləcək.

Boks sevənlər üçün 7 film tövsiyəsi — şəkil 6

“Döyüşçü” (“The Fighter”)

Kristian Beylin baş rolunda oynadığı və bu rola görə  2011-ci ildə “Ən yaxşı aktyor” mükafatını qazandığı film bir boksçunun sıfırdan başlayıb zirvəyə çıxan çətin yoldakı mübarizəsindən bəhs edir.

Boks sevənlər üçün 7 film tövsiyəsi — şəkil 7

“Biz kral olanda” (“When We Were Kings”)

Məşhur boksçu Məhəmməd Əlinin həyatından bəhs edən saysız-hesabsız film var. Onlardan biri də “Biz kral olanda” filmidir. Film 1996-cı ildə “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” mükafatı qazanıb.

Oxşar məqalələr

Hamısı

Serialların ulduzu öldü

Amerikalı məşhur aktrisa və "Desperate Housewives" ("Ümidsiz Evdar Qadınlar") serialının ulduzu Valeri Mahaffey həyatın…

Kino

Ən çox oxunan