Kino tarixində 10 ən seksual amplua

Kino4 dəq oxu
Kino tarixində 10 ən seksual amplua

Ursula Andress

Bondun ən seksual sevgilisi

Kino tarixində 10 ən seksual amplua — şəkil 1

İsveçrəli model Ursula dənizdən çıxdıqda xəfiyyə Ceyms Bond haqqında ilk film olan “Doktor Nou”da (1962) yer alır. O vaxtdan bu günə dək C.Bond 60-dan çox qız dəyişib (seriyada ən azı 2-3 qız), qızlar isə 6 Bond dəyişib. Lakin Ursula həmişəlik bondiananın tacına çevrilib.

Merilin Monro
Ən seksual sarışın

Kino tarixində 10 ən seksual amplua — şəkil 2

Bu nominasiyada Merilin Monronun alternativi olmayıb. Təəcüblü olsa da, ilk çəkildiyi filmlərdə onun adı qeyd edilmirdi. Lakin zaman keçdikcə bütün dünya onu tanıdı.

Kristian Loken
Ən seksual kiborq

Kino tarixində 10 ən seksual amplua — şəkil 3

Bəlkə də kişilər əarasında ən seksual kiborqlar Şvartseneqer və Van Dammdır, qadınlar arasında bu ada Kristian layiqdir. Başqa namizət təklif etmək istəsən o səni yandırar, əzər və hətta kosmosa göndərər.

Monika Belluççi

Ən seksual çətin həyatın qadını

Kino tarixində 10 ən seksual amplua — şəkil 4

Mütəmadi olaraq avropalı arthaus rejissorların filmərində çəkilmək artıq çətin aqibətdir. İlk əvvəl Monikanın vampir qadına ən ideal namizəd olacağı güman edilirdi (ilk Hollivud filmində Drakulanın gəlinini oynamışdı). Lakin sonra o faciəvi rollarda oynamağa başladı. Pik həddinə isə Mel Gibsonun “İsanın iztirabları” filmində fahişə Mariya Maqdalina rolu ilə çatdı.

Sofi Loren
Ən seksual evdar qadın

Kino tarixində 10 ən seksual amplua — şəkil 5

İtaliyada ailə müqəddəsdir. Ona görə də bütün dünya həyəcanla Sofinin “İtalyan sayağı evlilik” filmində Marçello Mastroyani ilə ailə həyat qurmaq cəhdlərini izləyirdi. Yeri gəlmişkən, bu rola görə S.Loren az qalsın ki, “Oskar” alacaqdı.

Cessika Rebbit
Ən seksual cizgi filmi qəhrəmanı

Kino tarixində 10 ən seksual amplua — şəkil 6

Cessika dovşan Rocerə ərə gedir, çünki onunla vaxt keçirmək “xoşdur”. Bəs Rocer onu niyə seçib? Nə yemək bişirə bilir, nə təmizlik edə bilir, paltar yumur. Maraqlıdır...

Skarlett Yohansson
Ən seksual utancaq

Kino tarixində 10 ən seksual amplua — şəkil 7

Utancaq sarıçın rolu – filmdə qalmaqala səbəb oldu. Skarlett ən sadə gözlüklərə sahib olan rejissor Vudi Allenin ürəyincə olur. Biz də onun taxdığı eynəklərdən baxdıqda, onun nə qədər doğru seçim etdiyini anladır.

Şeron Stoun
Ən seksual ləçər

Kino tarixində 10 ən seksual amplua — şəkil 8

Əlbəttə ki, sevişdiyin kişiləri öldürmək yaxşı deyil. Lakin əgər sizing qarşısında qazondoğrayan altında qalmaq, mutanta yem olmaq və ya səhər Şeronun yatağında ölməklə bağlı seçim qoysalar, sözsüz ki siz sonuncunu seçərsiniz.

Liv Tayler
Ən seksual qız övladı

Kino tarixində 10 ən seksual amplua — şəkil 9

Stiv Taylerin (“Aerosmith”in vokalisti), Brüs Uillisin (“Armageddon”) və elflər kralının (“Üzüklərin sahibi”) qızı. Deyəsən bu rol üçün ən ideal seçim Livdir. Hollivud, sən nə edirsən?

Odri Hepbern
Ən seksual zadəgan

Kino tarixində 10 ən seksual amplua — şəkil 10

Elə təəsürat yaranır ki, Odri tarix boyu mövcud olmuş bütün zadəgan qadınları oynayıb: “Hərb və Sülh”dəki Nataşa Rostova, “Roma tətilləri”ndəki şahzadə. Əlavə şərhə ehtiyac yoxdur.

Oxşar məqalələr

Hamısı

Serialların ulduzu öldü

Amerikalı məşhur aktrisa və "Desperate Housewives" ("Ümidsiz Evdar Qadınlar") serialının ulduzu Valeri Mahaffey həyatın…

Kino

Ən çox oxunan