Türkiyəli aktrisa Tuba Büyüküstün özü barədə maraqlı məlumat verib.
Gent.az -ın Türkiyə mediasına istinadən xəbərinə görə, o çox qeyri-sabit xarakter sahibi olduğunu deyib.
“Hansı anda hansı addımı atacağım, hadisəyə necə reaksiya göstərəcəyim bəlli deyil. Necə deyərlər, məndən hər şey gözləmək olar. Bəzən özümdən qorxuram.
Sözün həqiqi mənasında gözlənilməzliklərlə doluyam. Hamının üstünə getdiyi, tənqid etdiyi adamı sonuna qədər müdafiə edirəm və bunu inanaraq edirəm. Eyni şəkildə o adamı yerlə-yeksan da edə bilərəm , bunu edərkən yenə haqlı olduğuma əmin ola bilərəm”, - aktrisa bildirib.