Keçdiyi aktyorluq seminarından əvvəl jurnalistlərə açıqlama verən məşhur aktyor Olgun Şimşək “Məndən başqa heç nə olmazdı” deyib.
Gent.az xəbər verir ki, "Bir Demet Tiyatro", "7 Numara", "Eşkiya Dünyaya Hükümdar Olmaz ", "Yalan Dünya" və "Terzi" serialları kimi bir çox serialda rol alan 53 yaşlı aktyor Olgun Şimşək həyatı haqqında mühüm açıqlamalar verib.
Çarəsizlikdən aktyor olduğunu deyən Şimşək bunları deyib:
“O vaxt 2-3 konservatoriya var idi. 50-yə yaxın da aktyor namizədi. Konservatoriyaya daxil olanda “seriala çəkilib məşhur olacağam” deyə bir məqsədim yox idi. Teatr deyə bir şey də var idi. Dedilər ki, “bu, istedadlı uşaqdır”. Onsuz da məndən başqa heç nə olmazdı. Mən əslində çarəsizlikdən aktyor oldum. Ya da məndə olan istedad elə budur deyə o istedadı tapdım. Bir gün bir səhnədə rol almaq istəsəm oyuna “Həyatım "bundan bir şey çıxmaz"la başladı” deyə başlamaq istəyirəm. Çünki “bundan bir şey çıxmaz” sözünü çox eşitdim”.