Ben Afflek yeni sevgili axtarışı ilə bağlı son açıqlamalarına baxmayaraq, hələ də Cennifer Lopeslə rəsmi nikahdadır. Cütlüyün boşanma prosesi, insayderlərə görə, illərlə uzana bilər.
Gent.az-ın xarici mediaya istinadən xəbərinə görə, jurnalistlər Lopesin ikinci dəfə ürəyini qıran Afflekə qəzəbləndiyini və qisas planı hazırladığını bildirirlər.
Bu arada, Ben vəziyyətdən çox narahat görünmür. Hətta keçmiş həyat yoldaşı üçün xoş sözlər işlədib. Verdiyi müsahibədə Lopeslə bağlı suala aktyor belə cavab verib: “Cennifer əladır”.
Afflekin bu cür “səxavətindən” təəccüblənən jurnalistlər bu iltifatın arxasında hiyləgər bir planın olduğu qənaətinə gəliblər.
Fakt budur ki, dekabrda Ben Lopeslə evliliyi zamanı lentə aldığı "Untamed" idman dramı ekranlara çıxacaq. Afflek Mett Deymonla birlikdə filmin prodüseri olub və Cennifer filmdə əsas rollardan birini ifa edib.
Beləliklə, Ben Lopesin aktyorluq istedadını tərifləməklə, sadəcə olaraq, öz filmini təbliğ edir və tamaşaçıları ona baxmağa həvəsləndirir.