Valideynlərini və azyaşlı qardaşını qətlə yetiən Əhməd Əhmədovun digər cinayət əməlləri də üzə çıxıb.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, davam etdirilən araşdırmalarla paytaxtın Xətai rayonunda valideynlərini və qardaşını qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədov bu cinayəti törətməzdən əvvəl başqa bir ünvanda bacısı- 1997-ci il təvəllüdlü Əhmədova Elmira Mehman qızını və onun azyaşlı övladını eyni üsulla qətlə yetirməsi müəyyən edilib
xxx
18:54
"Əhmədin ailəsi ilə heç bir problemi olmayıb. Psixoloji problemləri olub. Özü də idmançı olub".
Bu barədə açıqlamasında valideynlərini və azyaşlı qardaşını qətlə yetiən Əhməd Əhmədovun yaxınları bildirib.
Yaxınlarının bildirdiyinə görə, Əhməd Əhmədov bacısı Elmira Əhmədovanı və onun 5 yaşlı qızı Ülviyyəni də qətlə yetirib.
"Əhməd Əhmədov dərman qəbul edirdi. Ailəsindən ayrı yaşayırdı", - deyə cinayəti törədən şəxsin qohumları bildirib.