"6 nömrəli məktəbdə baş verən hadisədə heç bir sübut əldə olunmadı".
Gent.az xəbər verir ki, bunu bu gün keçirilən brifinqdə elm və təhsil naziri Emin Əmrullayev deyib."6 nömrəli məktəbdə VIII sinif şagirdinin II sinif şagirdinə təzyiq etməsi ilə bağlı valideyn müraciət etmişdi. Araşdırma aparıldı və bu barədə sübut əldə olunmadı. Təbii ki, 13 yaşlı uşağa cəza vermək bizim qanunda yoxdur. MÜDTA müəllimə cəza verib, çünki hadisənin baş verildiyi iddia olunan vaxt dərsdən sonradır və VIII ilə II sinif şagirdi eyni sinifdə olmamalıdır. Lakin qanuni olaraq, müəllimə başqa cəza düşmür. Biz kiminsə emosiyası ilə kiməsə cəza verə bilmərik". (Sfera.az)