Volqoqradın mərkəzində, aprelin 6-da səhər tezdən vətəndaşlar millətlərarası münaqişənin şahidi olublar.
Gent.az xarici mediaya istinadla bildirir ki, Komsomolskayadakı qəlyanxanada əvvəlcə erməni ilə azərbaycanlı arasında mübahisə baş verib və nəticədə bıçaqlanmaya çevrilib.
“Komsomolskaya 6 ünvanındakı qəlyan barının ikinci mərtəbəsi, səhər saat beş. Hadisə şahidi Vasili İvanov deyir ki, azərbaycanlı erməni ilə pul borcuna görə mübahisə edib. “Erməni bıçağı çıxararaq azərbaycanlıya hücum etməyə başladı. Erməni dişini vurub qoparan kimi polisə müraciət etdim”, - şahid Vasili İvanov deyib
Məlumata görə, azərbaycanlı vəkil olub.
“O, polis əməkdaşlarına deyib: “Kağızı mənə verin, ifadə yazım”. Amma heç kim kağızı ona vermədi. O, uzaqlaşmağa başladı və polis ona bibər qazı sıxıb. Onun qollarını bağlayıb istintaq təcridxanasına, oradan da rayon Mərkəzi Məhkəməsinə aparıblar. Erməni azad edilib. Dostları gəlib və yəqin ki, razılaşıblar”, - şahid vurğulayıb.
Videoya əsasən, azərbaycanlı həbs olunan zaman erməni artıq oradan aparılıb. Zərərçəkmiş şəxs polis məmuru ilə söhbətini videoya çəkib, sonra müəssisəni tərk etmək istəyib, amma alınmayıb. Polis onun qolundan tutub, sonra üzərinə bibər qazı püskürüb. Onlar ilk cəhddə azərbaycanlı vəkili qandallaya bilmədiklərinə görə bibər qazından istifadə ediblər..