Hindistanda üç yaşlı qızını toy naminə öldürən qadın həbs edilib.
Gent.az xarici KİV-ə istinadla bildirir ki, öolisin məlumatına görə, Müzəffərpurdan olan 26 yaşlı Kajal fast food restoranının işçisi Manoj Kumarla evli olub, lakin onların evliliyi yaxşı getməyib.
Kajalın evlənmək istədiyi sevgilisi var imiş. Qadın üç yaşlı qızını yeni evliliyə maneə hesab edib və ondan qurtulmaq qərarına gəlib.
Kajal qızın boğazını kəsərək cəsədini təkərli çamadana qoyub və evdən qaçıb. Kumar arvadı və uşağı üçün darıxıb onları axtarmağa gedəndə qonşular ona evin yaxınlığında gizlədilən çamadandan danışıblar. Onu açan kişi qızının qalıqlarını tapıb və polisə müraciət edib.
Şübhəli sevgilisinin Sitamarhi rayonundakı evində həbs edilib. Kajalın Müzəffərpurdakı evində qanlı paltarlar tapılıb. Sevgilisi də dindirilib, lakin qətldə iştirak ittihamı götürülüb. Müstəntiqlər hesab edirlər ki, qadın cinayəti törətməyə detektiv serialdan ilhamlanıb.