Rusiyanın Sankt-Peterburq şəhərində ciddi rejimli cəzaçəkmə həbsxanasında məhbus pedofili öldürüb.
Gent.az yerli mediaya istinadla bildirir ki, sağlamlığa ağır xəsarət yetirməkdə təqsirli bilinən məhkum digər məhbusla mübahisə edib və onu döyüb. Zərərçəkmiş son dərəcə ağır vəziyyətdə tibb məntəqəsinə göndərilsə də, onu xilas edə bilməyiblər. O, azyaşlıya qarşı cinsi təcavüzdə təqsirli bilinirdi.
Hazırda araşdırma aparılır.