Türkiyədə dəhşətli ailə faciəsi yaşanıb. Hadisə Mersin şəhərində qeydə alınıb.
Gent.az xəbər verir ki, məlumata görə, 35 yaşlı qadın işləməsinə imkan verməyən həyat yoldaşı ilə mübahisə edib.
Mübahisə zamanı qadın benzini kişinin üzərinə tökərək alışqanla yandırıb. Qonşuların müdaxiləsi ilə kişi ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı qadın polis tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.