Hindistanın Tripura ştatında baş verən dəhşətli hadisə ölkəni şoka salıb. Bəyin faciəvi ölümü ilə bağlı bir müddət sonra onun nişanlısı amansız şəkildə öldürülərək diri-diri yandırılıb.
Gent.az xəbər verir ki, sentyabrın ortalarında Aqartala şəhəri yaxınlığındakı dəmir yolu xəttində 32 yaşlı Gita Sutradharın yandırılmış meyiti tapılıb. Onun cəsədi geyimsiz vəziyyətdə aşkarlanıb.
Mərhumun valideynləri polisə müraciət edərək gəlini öldürməkdə qayınanasını və digər qohumları ittiham ediblər. Aparılan araşdırma zamanı məlum olub ki, qadının nişanlısı, qazma platformasında işləyən 34 yaşlı Prasenjit Sutradhar sentyabrın 9-da bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. İş zamanı onun üzərinə ağır metal boru düşüb və bu, ölümcül xəsarətə səbəb olub.
İstintaq materiallarına əsasən, Prasenjitin qəfil ölümü ailədə gərginliyə səbəb olub və mərhumun qohumları nişanlısını günahlandıraraq onu amansızcasına qətlə yetiriblər. Qadın öldürüldükdən sonra yandırılmış cəsəd dəmir yoluna atılıb və cinayətin izləri gizlədilməyə çalışılıb.
Hadisə ilə bağlı cinayət işi açılıb, şübhəlilərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.