İstanbulun Sultanqazi rayonunda ata və oğul arasında baş verən mübahisə faciə ilə nəticələnib.
Gent.az xəbər verir ki, gecə saatlarında 29 yaşlı Nurhan Günəşli ilə onun atası, 54 yaşlı Nuri Günəşli arasında yaranan münaqişə zamanı oğul atasını bıçaqlayaraq qətlə yetirib.
Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası kişinin öldüyünü təsdiqləyib.
Şübhəli şəxs polis tərəfindən saxlanılıb və faktla bağlı araşdırma aparılır.