Oktyabrın 10-da Yevlax rayonunda baş verən dəhşətli hadisə ilə bağlı prokurorluq məlumat yayıb.
Gent.az xəbər verir ki, məlumata görə, 29 yaşlı Xəyal Zeynalov kafelərdən birində mübahisə zamanı aldığı bıçaq xəsarətlərindən xəstəxanada dünyasını dəyişib.
Aparılan araşdırmalar nəticəsində hadisəni 26 yaşlı Mahir Baxşalızadənin törətməsinə əsaslı şübhələr müəyyən edilib. O, dərhal polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq davam etdirilir.