İstanbulda məşhur sənətçilərin də adının keçdiyi narkotik əməliyyatı keçirilib.
Gent.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində bir sıra tanınmış şəxslər haqqında araşdırma başladılıb.
İstintaqda adı hallananlar arasında İrem Derici, Demet Evgar, Hadise, Dilan Polat, Engin Polat, Kubilay Aka, Kaan Yıldırım, Berrak Tüzünataç, Duygu Özaslan, Özge Özpirinçci və Mert Yazıcıoğlu kimi məşhur adlar yer alır.
Məlumata görə, adıçəkilən şəxslərdən ifadə və qan nümunələri alınıb və ekspertizaya göndərilib.
Araşdırma davam edir
Prokurorluqdan bildirilib ki, istintaq hələ ilkin mərhələdədir.