Oğuzda faciəvi qətl hadisəsi baş verib.
Gent.az-ın məlumatına görə, hadisə bu səhər saat 8 radələrində Bayan kəndində qeydə alınıb.
47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə qətlə yetirilib. Qadının 15 yaşlı oğlu O.Q şübhəli şəxs qismində polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


