Gəncədə qadının həyat yoldaşı tərəfindən bıçaqlanması ilə nəticələnən hadisə baş verib.
Gent.az xəbər verir ki, şəhər ərazisində 1993-cü il təvəllüdlü Ə.Məmmədova bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. O, təcili əməliyyat olunub və həkimlər onun vəziyyətinin kafi olduğunu bildiriblər.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində qadını bıçaqlamaqda şübhəli bilinən 35 yaşlı M.Məhərrəmov saxlanılıb.
İlkin məlumata görə, qadın həyat yoldaşı tərəfindən küçədə bıçaqlanıb.
Hadisə ilə bağlı araşdırma davam etdirilir.


