1.
İki uşaq atası, 38 yaşlı Brayan Deplic paltar ipi tərəfindən boğulub. Ayağı kətilə ilişən kişinin boğazna asqılar dolanır. O, çabaladıqca isə asılan paltarlar onun boğazına dolanaraq ölüm anını daha da yaxınlaşdırmışdı.
2.
2015-ci ilin martın 5 29 yaşlı işçi Vidal Qarsiya pinsetterdə (boulinqdəki keqliləri quraşıran aparat) yaranan defekti aradan qaldırmağa çalışarkən canından olur. İş köynəyinin boynu xarab mexanizmdə ilişib qaldığı üçün o boğularaq canını tapşırmışdı.
3
Üst-üstə geyilmiş paltarlar adətən insanı soyuqdan qoruyur. Lakin bu qayda həmişə işləmir. 2015-ci ilin fevral ayında Qərbi Afrikadan Avropaya getməyə çalışan 22 qaçqın Lampeduza adasının yaxınlıqlarında donaraq ölüb. Buna səbəb onların üst-üstə geydiyi paltarların yağış altında nəm olması olub. Məhz paltarın çox olması hipotermiyanı sürətləndirib.
4
Diz ağrılarında əziyyət çəkən Ohayo ştatının Stoun-Krik (ABŞ) şəhərinin sakini 67 yaşlı Ceyms Şaffer ağrını qızdırılmış hamam dəsmalı ilə müalicə etmək qərarına gəlib. Kişi dəsmalı mikrodalğalı sobadan çıxardıqda onun közərdiyini görmür.
Nəticədə alov dəsmaldan Ceymsin cins şalvarına keçir və onun bədəninin 80%-i yanır.
5
Xeyriyyə məqsədilə bağışlanan paltarı yığan Karmen Dominqes qəflətən 22-mm çaplı tapançadan güllə yarası alır. Odlu silah corabın içində olub. Sinəsindən yaralanan qadını xəstəxanaya yetişdirsələrdə onun həyatını xilas etmək olmayıb.
6
Avtobus sürücüsü 20 yaşlı Pedro Dellatore Munyez iş növbəsindən sonra nahar etmək üçün getdiyi restoranın yanında odlu silahdan qətlə yetirilir. Qısa müddətdən sonra həbs edilən qatil etiraf edib ki, Munyezi səhvən öldürüb. Sürücü adətən banda üzvlərinin geydiyi geniş qara cins şalvar, ağ futbolka və “Los Angeles Kings” emblemli papaq taxmışdı. Bu səbəbdən qatil onu başqası ilə səhv salmışdı.
7
1928-ci ildə bir kişi şalvarın qurbanı olur. Dərd ondadır ki, həmin şalvar heç onun olmur. O, mənzilini icarəyə götürən kişinin kostümünü əlindən alaraq onu borcu qaytarmağa məcbur etmək istəyirmiş. Lakin sabahsı gün pulu qaytarmağa gələn icarəçi kişinin öldüyünü görür.
Məlum olur ki, o kostümü mətbəxədki kətilin üstünə atır və bu zaman şalvarın kəməri plitənin üzərindəki qaz ventilinə ilişərək onu açıq qoyur. Heç nədən xəbəri olmayan ev sahibi isə yatarkən zəhərlənərək ölür.
8
30 yaşlı Mariya Pantazopolus toy albomu üçün Kvebekdə (Kanada) yerləşən Dordin şəlaləsinin yanında şəkil çəkdirirmiş. Daşın üzərində sürüşən qadın suya düşür. Fotoqraf onu xilas etməyə çalışsa da, Mariyanın ağır gəlinlik paltarı onu suyun dibinə çəkərək əhyatına son qoyur.
9
55 yaşlı qarətçi paltar dükanını yarmağa çalışır. O dükanın damında dəmir barmaqlıqları qırağa əyərək yaranmış dəlikdən içəri girməyə çalışır. Lakin sviteri barmaqlığıa ilişən oğru boğularaq ölür.