Bayramların cavabının verilməsi vaxtı çatıb?
Sizə fərqli ölkələrdə xumarlıqla (“poxmellə”) mübarizə yollarını təqdim edirik.
İtaliya
Preventiv tədbir kimi qədim romalılar bişmiş kələmdən istifadə edirmişlər. Müasir italyanlar isə bunun üçün ağ olan hər şeyi – düyü, spaqetti yeyir, qırmızı məhsullardan isə - pomidor, kolbasa və s. uzaq dururlar.
İspaniya
İspan konkistadorları öz əziyyətlərini zeytun yağı ilə rahatlaşdırırlar. Onlar kiçik dozalarda yağı içirdilər ki, o mədənin divarlarına hopsun və alkoholun bədənə tez təsirini yavaşlasın.
ABŞ
Burbondan usanan amerikalılar öz tonuslarını çiy yumurtadan, bir qaşıq ketçupdan, 4-5 damçl sirkədən və bir stəkan tomat şirəsindən ibarət kokteyl ilə bərpa edirlər.
Monqolustan
Monqolustanda isə xumarlığın dərmanı təzə sıxılmış tomat şirəsi sayılır. İkinci inqrediyent isə - qoyun gözləridir.
Fransa
Yüngül “poxmeldən” fransızlar soğan şorbası və südsüz acı kofe ilə xilas olurlar. Vəziyyət ağır olduqda isə limon suyundan, ağ çaxırdan və qazlı sudan ibarət koteyl istifadə edilir.
Uels
Orta əsrlərdə uelslilər içəndən qabaq qızarmış donuz ağciyərləri yeyərdilər. Əsas şərt isə, bundan öncə bütün günü ac qalmaq idi.
İngiltərə
Dumanlı Albion sakinləri ispanağa böyük hörmət bəsləyir. İngilislər səhər-səhər bu bitkini yeyərək qara ciyərlərini antioksidantlardan xilas edirlər. Baş ağrısına qarşı isə onlar rozmarinli çay içirlər.
Finlandiya
Finlər isə xumarlıqla sauna, marinada qoyulmuş siyənək və pivə ilə mübarizə aparırlar.
Almaniya
Almanlar “poxmeli” bişmiş qoyun əti, banan və süd ilə dəf edirlər. Həmçinin spirtli içki qəbul etdikdən öncə də süd içirlər.
Yaponiya
Yaponların üslubu isə olduqca qeyri-adidir. Sake içdikdən sonra onlar tənzifi spirtli içkinin qalıqlarına batıraraq üzlərinə sıxıb o quruyanadək nəfəs alırlar.
Sinqapur
Burada qədim zamanlardan xumarlıqla ot şorbası vasitəsi ilə mübarizə aparırlar. Əsas şert şorbada jenşenin olmasıdır.
Puerto-Riko
Böyük ehtimal bir çoxunuzun bu üsul xoşuna gələcək. Bu ada dövlətin sakinləri ən asan yolu tapıblar. Onlar limoni doğrayıb, kəsilmiş hissəni spirtli içki olan qolun qoltuğuna sürtürlər...
Bu qədər sadə.