Əlbəttə ki, ilk cəhddən ideal nəticəni əldə edə bilməyəcəksən, lakin zaman keçdikcə ülgüc ilə daha yaxşı üz qırxmağı bacaracaqsan. Lakin bunun üçün olduqca diqqətli və sakit olmaq lazımdır.
Birinci dəfədən bütün üzü qırxmağa çalışmayın. Üzün düz hissələrində: məsələn yanaqlarda məşq edin
1.
Üzünü hazır et. Qırxmaqdan öncə dərini buxarla yumşaltmaq lazımdır. Buna görə ya duş al, ya da isti suya batırılmış dəsmalı üzünə sıx və soyuyanadək saxla. Yaxşı efekt üçün bu proseduru iki dəfə et.
2.
İçində isti su olan fincana üz qırxmaq üçün fırçanı qoy. Ən yaxşı fırçalar qaban və porsuq tükündən hazırlanır.
3
Hesab edilir ki, flakonlarda olan krem və gellər ülgüclə qırxınmaq üçün məsləhət görülmür. Ona görə də üzünü sabunla. Fırça ilə üzünü köpüklət.
Sabun saç follikularındakı yağları yox edəcək və qırxınmaq prosesini asanlaşdıracaq. Əgər tüklər çox sərtdirsə 5-10 dəqiqə gözlə.
4.
Gözləmə zamanı köpük qurudusa, yenidən çək. Bu ülgücü rahat idarə etmək və dərini qorumaq üçün lazımdır.
5.
Üzü qırxarkən digər əlinin orta və işarə barmağı ilə dəri hissələrini dart ki rahat olsun. Barmağın ülgücdən 2-3 sm aralı qalmalıdır. Yavaş-yavaş qırxaraq təcrübə yığ.
Beləliklə bir müddət sonra sən əsl dəllək kimi qırxmağı bacaracaqsan, üzün isə təmiz və parlaq olacaq.
https://cdn.maximonline.ru/7b/ea/7e/7bea7e363b4779daa220fb98d0a663de/620x312_1_7303c8d3fd710afb550614c594f28f88@665x335_0xac120005_9577126291529048161.jpg