Bir çox insan qırxınmağı vaxt alan və yorucu iş sayır.
Amma buna baxmayaraq üzünü və sair yerlərini qırxmaq məcburiyyətindədir.
Çünki günümüzün gözəllik anlayışları bunu tələb edir.
TikTok istifadəçisi olan bir qadın qəribə bir layfhakı izləyiciləri ilə bölüşüb. O ülgücsüz qırxınmağın yolunu açıqlayıb.
Epilyasiya üçün o, 600 mikrometr dənəvərliyi olan sumbata kağızını istifadə etdiyini bildirib. Plan belədir: kağızı götürürsən və tük olan yerləri hamarladırsan. 20 dəfə bir tərəfə, 20 dəfə əks tərəfə.
“Mənim dərim o qədər yumşaqdır ki. Bu əladır. İnana bilmirəm ki öncə ülgücdən istifadə etmişəm”, - deyə qadın vurğulayır.
Əlbəttə ki biz bu metodu öz üzərimizdə yoxlamadıq. Çünki söhbət yalnız tüklərin qırxılmağı ilə bitmir. Amma bu üsuldan istifadə etsən nəticəsi barəsində bizə yaz.