Statistika və sosial şəbəkələrin göstərdiyi kimi, selfi çəkmək istəyən bəzi insanlar öz həyatlarını riskə atırlar.
Hindistan və ABŞ araşdırmaçıları müəyyən ediblər ki, 2011-2017-ci illərdə selfi çəkməyə çalışan 259 insan həyatını itirib.
Bu dövr ərzində akulalar belə daha az insan öldürüb.
Ayı ilə selfi
Araşdırmalara əsasən, selfi çəkən zaman ən çox insan Hindistanda həyatını itirir (159 nəfər).
Bu ölkədə ölüm sayının bu qədər çox olmasının səbəbi hələ də bilinmir. Bu hadisələrdən birini təqdim edirik. Taksi sürücüsü Prabhu Bhatara toydan sonra qonaqları evinə apararkən meşədə yaralanmış ayı görür.
Sərnişinlərin etirazına baxmayaraq, o telefonu əlinə alaraq ayı ilə selfi çəkmək üçün heyvana yaxınlaşır.
Lakin bundan cin atına minən ayı Prabhuta hücum edərək onu canından edir.
Əks zolaqda selfi
Sükan arxasında selfi çəkmək istəsən 32 yaşlı Kortni Stenfordun hadisəsini xatırlayın.
2014-cü ildə sükan arxasında olan Kortni selfi çəkmək istəyir, lakin bu zaman o qoşa xətti taptalayaraq əks zolağa çıxır. Burada isə onun avtomobili zibildaşıyan maşın ilə toqquşur. Nəticədə düşüncəsiz sürücü yerindəcə canını tapşırır.
Rus ruletkası
Selfi zamanı bədbəxt yaşayanlar arasında əlində silahla şəkil çəkdirənlərə xüsusi yer ayrılıb. Onların çoxu eyni səhvləri edir: silahın darağını yoxlamır, ehtiyat etməyərək onun tətiyini çəkir...
2016-cı ildə Vaşinqton ştatının sakini özü ilə rus ruletkası oynayıb məğlub oldu. Onun böyük silah kolleksiyası var idi. O, hər dəfə başqa silahla selfi çəkdirəndən öncə silahın darağını boşaldırdı.
Lakin kolleskiya böyük olduğu üçün tüfənglərdən birinin içində patron qalır. Və məhz həmin tüfənglə selfi çəkdirərkən kişi öz beynini dağıdır.
Fillərlə selfi
Üzərinə dəli olmuş filin gəldiyini görsən nə edərsən? Böyük ehtimal onun qabağından qaçardın, ağaca çıxardın, kömək çağırardın. Lakin hindistanlı Aşok Bharti adi adam deyildi.
Sürüdən ayrılaraq üzərinə hücum edən fili gördükdə Aşok bunu slefi üçün ideal bir an asyır.
Bharti smartfonunu çıxararaq kameranı qoşur və məhz bu zaman filin ayaqları altında qalır.
Ağır yaralanmış kişini xəstəxanya çatdırsalarda, onun həyatını xilas etmək olmur.