ABŞ-ın Vest-Pensakola (Florida) 11-yaşlı qız onu oğurlamaq istəyən pedofildən qurtula bilib.
Eskambiya dairəsinin şerifinin “Facebook” səhifəsində müşahidə kamerasına düşmüş bu hadisə yayımlanıb. Adı açıqlanmayan məktəbli avtobus dayanacağının yanında otluq üzərində oturduğu zaman ona ağ rəngdə avtomobil yaxınlaşır.
Maşının içindən çıxan əlibıçaqlı şəxs qıza hücum edir. Məktəbli qaçmağa cəhd etsə də, cinayətkar onu yaxalayaraq avtomobilə sürümək istəyir.
Qurban var-gücü ilə müqavimət göstərir. Nəticədə onların hər iksi yerə yıxılıq və qız qaçıb canını qurtarır.
Uğursuz cinayətkar hadisə yerini tərk edir. Lakin axtarış əməliyyatı nəticəsində onu müəyyən etmək olur.
Maşınını rəngləməsinə baxmayaraq səkkiz saatdan sonra pedofili həbs etmək mümkün olur. Söhbət seksual xarakterli cinayətlərə görə əvvələr məhkum olunan 30 yaşlı Cared Pol Stanqadan gedir.
Şerif Çip Simmons o qızın hünəri ilə qürur duyduğunu bildirib.
“O mübarizə aparırdı, aparırdı və aparırdı. Bunu azad olanadək etdi. O, mənim qəhrəmanımdır. O təslim olmadı”, - deyə şerif vurğulayıb.
Şok yaşayan qızın üzərində bir neçə cırmaq izi qalıb. Onun sözlərinə görə bu hadisədən iki həftə öncə həmin cinayətkar dayanacaqda ona yaxınlaşmışdı və “diskomfort hissi” yaşatmışdı.