Sınıq açarı kiliddən necə çıxarmaq olar?

Qapını açmaq istəyərkən açarın yarısı qırılıb içəridə qaldısa, bu məqalə tam sizə görədir. İndi sınıq açarın kiliddən çıxarılma üsulunu öyrənəcəyik.
Açarınız qırılanda ən asan yol bir çilingər çağırmaqdır. Amma azərbaycanlı kişilərin əzmli olduqlarını bildiyimiz üçün, ilk növbədə özünüzün cəhd edəcəyinizi təxmin etmək çətin olmur. Tək səbəb bu olmaya da bilər, gecə vaxtı, bayram günlərində və ya üzərinizdə pul olmayanda bu halla qarşılaşa bilərsiniz. Onun üçün bir neçə sadə üsulu sınmağınızı məsləhət görürük.
Yağlayın
İlk növbədə, kilidi və içəridə qalan açarı yağlayın.Yağdan bol istifadə etməkdən çəkinməyin. Yağladıqdan sonra açarı çıxartmaq üçün kəlbətin istifadə edin.
Maqnit və kleydən istifadə edin
Qırıq açarı kiliddən çıxarmaq üçün maqnitdən istifadə edə bilərsiniz. Təbii ki, hər kəs həmin vaxt güclü maqnitə sahib olmaya bilər. Və ya açar çox sıxılmış ola bilər. Bu halda da maqnit bir işə yaramaz. Alternativ olaraq, nəqqaşdan istifadə edə bilərsiniz. Əgər bu da işə yaramasa, açarın əlinizdə qalan hissəsinə kley vurun və kiliddə qalan açar qırğına yapışdırın. Kley quruyandan sonra ikisini birlikdə çıxara bilərsiniz.
Əlavə açar
Əgər açarınız qırılanda qapınız açıq vəziyyətdə idisə kilidin digər tərəfinə əlavə açarınızı salaraq qırıq açarı çölə itələyə bilərsiniz. Bu, qapı açmağın ən praktik yoludur.







