2021-ci ildə kişilər arasında heyvan quyruğuna bənzəyən saqqal növü trendə çevrilib. Söhbət üzün bir tərəfində saqqalın bığla birləşdiyi halda, digər tərəfində isə qırxılaraq heyvan quyruğuna bənzədilən növdən gedir.
Məlumata əsasən, ilk dəfə insanlar arasına bu tərzdə 2019-cu ildə amerikalı beysbolçu Mayk Firs çıxmışdı. O, bunu komanda yoldaşlarını güldürmək üçün etmişdi.
Lakin iki il keçdikdən sonra bu tərz trendə çevrildi. Kişilər kütləvi şəkildə bu tərzdə saqqal saxlayaraq #monkeytail heşteqi ilə paylaşır.