İdman mərcləri – sonu olmayan bir vərdişdir. İnsan həmişə uğur qazanmağı və maksimal dəqiqliklə hadisənin nəticəsini qabaqdan görmək istəyir. Bəziləri üçün bettinq problemlərdən yayınmaq və sevimli komandanın uğurundan xeyir götürmək üçün bir yol olur. Lakin lazımi gəlir, məsələyə diqqətlə yanaşmaq və sahənin ciddi öyrənilməsi sənin bacarıqlarından və dəqiqliyindən asılı olan gəlir mənbəyinə dönüşə bilər. Fərqi yoxdur bu işdə yenisən və ya artıq müəyyən təcrübəyə maliksən – mütləq bu sahənin bütün aspektlərini öyrənməlisən.
Konkret idman növünün təfərrüatlı öyrənilməsi
Televizor arxasında oturaraq oyunun hesabını tapdığın üçün rahat pul alacağına o qədər də ümid etmə. Bu nadir hallarda baş verir. Məhz buna inanlar nəticədə böyük məbləğlər yandırırlar. Yalnız idman növündən tam başın çıxdığı halda “stavka” qoymaq olar. Məsələn, komandanın ötən oyunlarının təhlilini aparmalısan, müxətlif xarici amilləri nəzərə almalısan və s.
Bir neçə idman növündə də oynaya bilərsən, lakin idman dünyasında baş verən bütün prosesləri qavramadıqca, pul gətirəcək mərclər alınmayacaq.
Oyunçuların cari durumu, emosional vəziyyəti, birliyi, psixoloji hazırlığı – bütün bunlara diqqət yetirmək lazımdır. Yalnız öz hissiyyatına və yüksək koofisentə bel bağlamamlısan. Bəziləri hansısa Afrika ölkəsinin 3-cü liqasında oynayan komandasına “stavka” qoyub qələbəsinə ümid edirlər – amma bu tam bir təsadüfdür və uzunmüddətli perspektivdə bu taktika yalnız uğursuzluğa gətirib çıxaracaq.
Oyunlar nəzəriyyəsi
Neş tarazlığı, ekonomterika, modelləşdirmə riyaziyyatdakı kimi oyun mərclərində də tətbiq edilə bilər. Etiraf etmək lazımdır ki, idman oyunu maraqların toqquşmasıdır, onun nəticəsi isə, əsasən, təsadüfdür. Bu təsadüfü statistik təhlil və mümkünlük nəzəriyyəsinin köməyi ilə hesablamaq olar. Riyazi təhlil miqdar göstəricilərinin əsasında nəticəni dəqiq proqnozlaşdırmaq üçün zəruridir. Bu statistik sayəsində hətta fooların sayı, qapı istiqamətində zərbələr, həyata keçirilən cərimə zərbələri, basketboldakı uzaq atışlar, topa yiyələnmə faizi kimi xırda şeyləri müəyyən etmək olar. Beləliklə bukmekerlə “döyüşdə” siz öz qalibiyyət şansınızı artırırsınız.
Mərclərdə strategiyanın rolu
Bettinq üçün mühüm olan sistemli yanaşma hazırlamaq və müəyyən plana riayət etməkdir. Bir neçə populyar strategiyanı nəzərdən keçirək.
1.Datçinq
Bu nəticəni müəyyən edə bilməyən və bir neçə variantlar arasından seçə bilməyənlərə yarayacaq bir sistemdir. Əsas məğz bundan ibarətdir ki, sən pulunu bir neçə mümkün nəticə arasında bölüşdürürsən. Bu zaman hər “stavkanın” uduşu koofisientdən asılı olmayaraq eyni olmalıdır – yalnız bu təqdirdə sən müsbətdə olacaqsan.
2.“Pul xətti” ilə edilən mərclər
Bu yanaşmada sən sadəcə qalibiyyət və məğlubiyyət arasında seçim edirsən, heç-heçə olduqda isə pulunu geri alırsan. Varinatların az olduğuna görə burada koofisent də aşağıdır. İki güclü rəqibin görüşündə bu ən sığortalanmış yanaşmadır. Çünki nəzəriyyəyə əsasən, onların hər ikisi balansa, yəni heç-heçəyə can atır.
3.“Qaynar əl” fenomeni
Bu termin basketboldan gəlir. Dalbadal uğurlu atışlar edən idmançı şansına inanaraq topu səbətə göndərməyi davam edir. Bəzi bettorlar da bir neçə “stavka” dalbadal uğurlu olduqda risk etməyə davam edirlər. Sözsüz ki, bu məntiqə sığmır, lakin praktikada bu tez-tez baş verir.
4.Martinqeyl
Bu da ən populyar yanaşmalardan biridir. Lakin onun həyata keçirilməsi üçün limitsiz büdcə lazımdır. Martinqeylin məğzi ondan ibarətdir ki, hər məğlubiyyətdən sonra, itirdiklərini qaytarmaq üçüb, sən “stavkanı” iki dəfə çoxaldırsan. Bunu udanadək etmək lazımdır. Əlbəttə ki, məğlubiyyət seriyası uzun ola bilər, lakin tez və ya gec müsbət nəticəyə varmalısan.