Zəncəfil çayı: Necə hazırlanır və xeyirləri nədir?

Lifehack3 dəq oxu
Zəncəfil çayı: Necə hazırlanır və xeyirləri nədir?

Zəncəfil öz müalicəvi xüsusiyyətləri ilə məşhurdur. Onun ən mühüm hissəsi köküdür. Qədim zamanalardan zəncəfil kökü dərman və ədviyyat kimi istifadə edilir. Həmçinin ondan dadlı və ətirli çay hazırlanır. Sizə onun xeyirləri və necə hazırlanması barədə danışacağıq.

Zəncəfil Asiyadan Avropaya gələn ilk ədviyyatlardan biridir. O, sarıköklə eyni qrupa daxil olan bir bitkidir. Ona görə də, bənzər xüsusiyyətlərə və istifadə qaydalarına malikdir. Bu ədviyyat hər bir yeməyə xüsusi dad verir. Həmçinin zəncəfil insan orqanizminə müsbət təsir göstərir. O, mikorblara qarşı mübarizə aparır, metabolizmi sürətləndirir və hətta arıqlamağa kömək edir.

Zəncəfil çayı: Necə hazırlanır və xeyirləri nədir? — şəkil 1 

Zəncəfilin müsbət tərəfləri

Soyuqdəyməyə qarşı mübarizədə kömək edir

Qədim zamanlardan xəstə insanlar zəncəfil kökünü yeyir. Bu soyuqdəyməyə qarşı ən ideal təbii vasitələrdən biridir. Simptomları yox etmək üçün limon dilimi atılmış zəncəfilli çay içmək lazımdır. O, mikrobları məhv etməyə kömək edir, iltihab prosesini səngidir, öskürəyi və boğaz ağrısını aradan qaldırır. 

Yorğunluğu qaldırır

Bu içki idmançılar üçün də xeyirlidir. İntensiv məşqdən sonar zəncəfil əzələ gərginliyi sakitləşdirir və daha tez bərpa olmağa yardıç edir. 

Ürəkbulanmanın qarşısını alır

Zəncəfil ürəkbulanmasya qarşı əla vasitədir. Bunun təsirini görmək üçün sadəcə bu bitkidən 3 qram yemək kifayət edir. 

Aclıq hissini yatırır

Zəncəfil çayı arıqlamaqda faydalıdır. O aclıq hissini uzun müddətlik yatırdır, normadan artıq qida qəbul etməyin qarşısını alır. Xüsusən də onu şəkərsiz, balsız və s. içəndə. Şirin məhsullar qlükozanın səviyyəsinin qalxmasına səbəb olur və nəticədə aclıq hissi yaranır. 

Zəncəfil çayı: Necə hazırlanır və xeyirləri nədir? — şəkil 2

Qanda şəkər səviyyəsini azaldır

Zəncəfil sayəsində qanda şəkər səviyyəsi az da olsa aşağı enir. Tədqiqatlara əsasən, bu bitki digər canlılarla müqayisədə ən az insana təsir edir. 

Həmçinin ehtimal var ki, zəncəfil testosteron səviyyəsini də qaldırır. Bu həm idmanla məşğul olanlar üçün, həm də ümumi olaraq kişi orqanizminə xeyirdir. Lakin, bununla bağlı dəqiq sübut hələ ki yoxdur. 

Bir şeyi yaddan çıxarmaq lazım deyil. Zəncəfil aclıq hissini yatızdırır, kaloriləri yandırmır. Buna görə də arıqlayarkən sağlam pəhrizə riayət etməlisən. 

Kimə zəncəfil istifadə etmək məsləhət deyil

Şəkər xəstələri və hipertoniklər zəncəfil qəbul etməməlidirlər, çünki o arterial təzyiqi yüksəldir. Bitki qanı durulaşdırır və onun laxtalanmasına mane olur. Ona görə də, mədə yarası, qastrit, babasil kimi daxili qanaxma riskinə yol aça biləcək xəstəliklərdə zəncəfil yemək qəti qadağandır. 

Bu çayı necə dəmləmək lazımdır

Maksimal dərəcədə xeyir görmək üçün, zəncəfil tozu yerinə təzə kök istifadə etmək lazımdır. Bir litr suya 10-15 qram bitki və ən çoxu dörd limon dilimi əlavə edin. İçkiyə maraqlı dad qatmaq üçün bir çimdik darçın, qara istiot və ya nanə əlavə edin.

Kökü balaca hissələrə kəsmək və ya sürtkəcdən keçirmək lazımdır. Sonra isə çayı iki cür əmləmək olar. Termosda: onun içinə doğranmış zəncəfili və əviyyatı qoy, qaynar su əlavə et və bir saat saxla. Qazanda: Su qaynadıqdan sonra inqredientləri əlavə et və 10 dəqiqə ərzində qaynat. Hazır çayı əlavəsiz içmək daha məsləhətlidir. Amma şirinlik üçün bir qaşıq bal əlavə etmək olar. 

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan