İş adamından itə külli miqdarda miras qaldı

Lifehack1 dəq oxu
İş adamından itə külli miqdarda miras qaldı

ABŞ-da itə sahibindən külli miqdarda miras qalıb. Gent.az xəbər verir ki, hadisə Tennessee əyalətində baş veirib.

Məlumata görə, 2020-ci ildə vəfat edən Bill Doris adlı iş adamı, 8 yaşlı iti Luluya 5 milyon dollar miras qoyub.

Doris, vəsiyyətində, mirasının Lulunun qulluq xərcləri üçün xərclənməsini və bu baxımdan itin baxıcısı Martha Burtona hər ay lazımi miqdarda ödəmə edilməsini istəyib.

Baxıcı isə bir itə 5 milyon dollar xərcləyib-xərcləməyəcəyini bilmədiyini, ancaq bunu yoxlamaq istədiyini söyləyib.

Qeyd edək ki, iş adamı subay olub.

 

Namiq Musayev

Oxşar məqalələr

Hamısı

Ən çox oxunan