Bədəndə ən çox tər vəzilərinin ayaqlarda olduğunu bilirdinizmi? İsti olduqda ayaqlar həmişəkindən 2 dəfə çox tərləyir.
Tərli ayaqlarınıza geyindiyiniz ayaqqabılar isə bakteriyaların ən yaxşı inkişaf edə biləcəyi yerdir. Və bakteriyalar meydana gəldikdə həm ayaqqabılarınızın ömrü az olacaq, həm də ayaqqabılarınızdan pis iy gəldiyini hiss edəcəksiniz. Bu qoxu isə həm narahat edir, həm də utandırır.
Bu qoxu ilə insanlar uzun müddətdir mübarizə apardıqları üçün bir çox üsullar mövcuddur, lakin bu üsullar artıq effektli deyil. Məsələn ayaqqabının içərisinə soda səpmək və ya qəzetlə doldurmaq. Soda bir az təsirli olsa da, səliqəsiz görünüş yaradır, qəzeti isə indi əksəriyyət onlayn versiyada oxuyur.
Lakin narahat olmağa dəyməz, bu məqaləmizdə ən yaxşı qoxu əleyhinə vasitələri təqdim edirik:
“Arm & Hammer”
Ayaqqabılarınızdakı qoxuları bu sprey vasitəsi ilə yox edə bilərsiniz. Sprey tez quruyur və bütün növ ayaqqabılar üçün zərərsizdir. Unikal dizaynı istifadəsini asanlaşdırır, sprey formada olduğu üçün bütün hissələrə rahatlıqla vurmaq mümkündür.
“Gear Halo”
Bu kiçik torbalar sizi geridə ağır ətir qoxusu qoymadan tər iyindən xilas edir. Torbanın daxilindəki maddələr istidə aktivləşdiyi üçün onları çıxardığınız anda ayaqqabıların içinə qoymalısınız.
“Zorpads”
Bu məhsul istifadəçilərini olduqca təəccübləndirdi. Məhsulun tərkibində aktivləşdirilmiş karbon var, “NASA” bu maddədən havanı təmizləmək üçün istifadə edir. Ayaqqabının içərisində də maddə eyni funksiyanı yerinə yetirir, nəmi və pis qoxunu aradan qaldırır. İstifadəsi isə çox rahatdır, məhsulun arxasındakı kağızı çıxarırsınız və yapışqanlı tərəfini ayaqqabının içinə yapışdırırsınız. Amma qeyd edək ki, məhsulun tərkibində əlavə qoxu olmadığı üçün ağır qoxuları aradan qaldırmaqda effektli deyil.
Onları dondurun
Sonda hər kəsin evdə tətbiq edə biləcəyi bir üsulu paylaşırıq.
Yuxarıda qeyd etdiyimiz kimi, ayaqqabılarınızdan pis qoxu gəlməsinin səbəbi bakteriyalardır. Əgər ayaqqabıları 48 saat dondurucuya qoysanız, bütün bakteriyalar məhv olacaq. Bu üsul dəridən çox idman ayaqqabılarında effektivdir.