Son hadisələrdən xəbərdar olaraq necə depressiyaya qapılmamaq olar?
Kimsə piltosuz maşınları test edərkən, Marsda koloniya yaratmağı planlaşdırarkən, böyük şəhərlərin sakinləri baş verən hadisələri qaçırmamağa çalışır. Bəs yaxşı bunu edərkən depressiyaya düşməmək üçün nə etmək lazımdır.
Filtrasiya
Hamımız bunu bildiyimiz halda, bir çox insan ona əməl etmir.
Qəbul etdiyimiz məlumatın, təxminən 67% lazımsız, bəzən isə zərərlidir. Aşırı məlumatın çoxluğu alqılmamanın, düşünmənin səthi olması ilə nəticələnir.
Bəs bu məlumatı necə süzgəcdən keçirmək lazımdır? Şübhə ilə yanaş, yenidən yoxla, etibarlı mənbə tap.
Neqativ səviyyəsini azalt
Belə alınıb ki, bizim beynimiz üçün neqativ hadisələr daha maraqlıdır. Dahi Freyd bunu Tanatosa (ölüm ilahı) çatmaq arzusu adlandırıb. Lakin uzunmüddətli perspektivdə bu insana böyük problem yarada bilər.
Çünki bir müddətdən sonra neyron bağların elə düzülür ki, sən həmişə nə isə pis xəbər gözləməyə başlayırsan. Ən yaxşısı neqativ məlumatların sayını azaltmaqdır.
Enerjini boş yerə istifadə etmə
Enerjinin qorunması qanunundan xəbərin var? Orqanizm təsir edə bilməyəcəyi şeyə emosional reaksiya verməsə, daha sakit olur. Fizika müəllimləri bunu məktəb vaxtı bizə başa salsa idilər, daha rahat yaşayardıq. Əgər hansısa bir problem sən tərəfindən həll edilə bilmirsə, gücünü başqa istiqamətə yönəlt.
Əsas hadisələri izlə
Konkret olaraq sağlamlığına diqqət yetir. Yükləmələrə və sinir gərginliyinə nəzarət etmək vacibdir. Məsələn, “Huawei Band 6” adlı qolbaq həyat keyfiyyətinin yaxşılaşdırılması üçün əla seçimdir. O insanın bir çox parametrini ölçür və bu barədə sahibinə məlumat verir.
Dəyiş
Əqli və fiziki fəaliyyəti sırala. Boş yerə demirlər ki, ən yaxşı istirahət fəaliyyət növünün dəyişdirilməsidir.