Şübhəsiz ki, çoxunuz dəfələrlə yaşlı nəsildən saçınızı nə qədər az yusanız, bir o qədər yaxşı olduğunu eşitmisiniz. Bu xüsusilə qalın saç sahiblərinə aiddir.
Gent.az xarici KİV-ə istinadən xəbər verir ki, ancaq saçlarınız çox qurudursa və tez-tez yuyulmursa, yaşlandıqca təbii nəmini itirə bilər.
Stilist Rosi Fernandez qeyd edib ki, çünki saçınızda follikullar tıxanır və oksigenlə doymur. Adətən qalın, quru saçları olanlara ən çox qibtə edilir. Onların vizual olaraq yağlanma ehtimalı azdır. Buna görə də hər gün onları yumağa ehtiyac yoxdur. Məlumata görə, qalın saçlı şəxslər dörd-beş günə qədər yumadan gedə bilərlər. Lakin havanın çox çirkli olması səbəbindən sizdən xəbərsiz çoxsaylı amillər saçınızı çirkləndirib: tər, tütün tüstüsü, işlənmiş qaz
Çirklənmənin və qeyri-kafi yuyulmanın nəticələri baş dərisinin soyulması, qaşınma, həssaslıq, kəpək və saç tökülməsidir. Gözə görünməyən bu kiçik hissəciklər saçınızın yaxşı oksigenlə doymasına mane olur, ona görə də saçlarınızı daha tez-tez yumaq məsləhətdir.
Çirklənmənin saça təsiri hələ 1994-cü ildə Laknaudakı Sənaye Toksikologiyası Tədqiqat Mərkəzində tədqiq edilib.