Hər bir kişi yaraşıqlı və dəbli görsənmək istəyir. Üzünü qırxa bilməyən uğurlu şəxs təsəvvür etmək çətindir. Nə qədər təəcüblü görünsə də, bu proses insanın, həm karyerasında, həm də şəxsi həyatında mühüm rol oynayır. Üzü düzgün qırxmaq bacarığı kişilərə bir çox sahələrdə yaşıl işıq yandırır. Çünki ideal şəkildə qırxılmış üz insanın məsuliyyətli, işini bilən, bacarıqlı və ən əsası təmizkar olduğuna işarə verir.
Bu prosesdə sizə kömək edəcək bir sıra məsləhətləri təqdim edirik.
1.İlk növbədə üzü qırxandan qabaq nəmləşdir və yumşalt
Çalış üzü çiməndən və ya düş qəbul etdikdən sonra qırx. Çünki bu zaman tüklər yumşalır və daha rahat qırxılır. İşə başlamadan öncə üzünü və boynunu təmiz yu. Sonra isti su altında saxlanılmış dəsmalı iki-dörd dəqiqə ərzində üzündə saxla. Bu dərinin yümçalmasına və nfəs almasına imkan yaradır.
2.Saqqalı elektroülgüc və ya qayçı ilə qırx
Bəzən, üzümüzü uzun müddət qırxmadıqda tüklər kobudlaşmağa başlayır. Uzun saqqalı qırxmaq məsləhətli deyil. Bunun yerinə “maşinka” və ya qayçı ilə uzanmış hissələri qırx. Bundan sonra proses daha keyfiyyətli olacaq.
3.Üz qırxmaq üçün vasitələrdən istifadə et
İşini daha rahat və asan etmək üçün müvafiq köpükdən və ya geldən istifadə et. Üzünü qırxmazdan əvvəl qoy köpük bir neçə dəqiqə üzdə qalısn, çünki bu tükləri yumşaldır.
4.Ülgücün itiliyini və keyfiyyətini yoxla
Ülgücün iti və keyfiyyətli olması – işin yarısıdır. Bu sənin üzündür, ona görə yaxşı, məsləhətli ülgüc pul əsirgəmə.
5.Tüklərin hansı istiqamətdə bitdiyini yoxla
Əlini üzünə sürtərək tüklərin hansı istiqamətdə bitdiyini müəyyən et.
6.Ülgücü səlis idarə et
Üzü qırxan zaman ülgücü səlis və yüngül, lakin əmin şəkildə idarə et. Yaxşı ulgüc öz işini görəcək. Onu bərk sıxdıqda dəridə defektlər əmələ gələ bilər. Tələsmədən balaca sahələri qırx.
7.Mütəmadi olaraq ülgücü suda silkələ
Üzü qırxarkən tez-tez ülgücün arasına köpük və qırxılmış tük dolur. Bu isə prosesi daha pis və ağrılı edir. Bunun qarşısın almaq üçün mütəmadi olaraq ülgücü suya sal və silkələ. Qətiyyən onu bərk yerə vurmağa çalışma, çünki zərbələr ülgücü sıradan çıxardır.
8.Soyuq sudan istifadə et
İsti su hər kişiyə yaxşı təsir etmir. Onlardan bəziləri qeyd edir ki, soyuq su ilə üzlərini yuduqda tüklər daha rahat qırxılır.
9.Çətin yerlərin qırxılması
Üzdə bəzi yerlər var ki, oranı qırxmaq daha çətindir. Qeyd edilən yerləri qırxmaq üçün dərini əl ilə dartmaq məsləhətlidir. Lakin bir yeri çox qırxma. Bu dərini qıcıqlandıra bilər.
10.Üz kəsildikdə nə etmək lazımdır
Üzünüzü kəsdikdə qanı silməyə və yumağa vaxt sərf etməyin. Bunun yerinə kəsilən yerə balaca kağız parçası yapışdırın. Bu qısa zamanda qanı durdurur.