Sağlam və düşünülmüş tərzdə arıqlamaq – o qədər də sürətli proses deyil. Sabit nəticə əldə etmək üçün səbr etmək, iradə və qətiyyət sərgiləmək lazımdır. Bundan əlavə, uzun müddət sağlam qidalanmaq və məşq qrafikinə sadiq qalmaq zəruridir.
Bu istiqamətdə nəticəni yoxlamaq üçün insanlar adətən tərəzindən istifadə edir. Lakin tərəzi sadəcə rəqəmləri qeydə alır və bu bir müddət sonra sizi usandıra bilər.
Ruhlanmaq üçün daha hansı əlamətlərə nəzər salmaq lazı olduğunu biz sizə deyəcəyik:
1.Enerjin artır
Daha sağlamlı qida yedikdə və fiziki fəallığını artırdıqda insan özünü daha enerjili hiss edir.
2.Yuxu yaxşılaşır
Əgər sənin fəallığın və sağlam qidan çəkinə müsbət təsir edirə, böyük ehtimal, gecələri də bərk yatırsan. Tədqiqatlar göstərir ki, ən azı yeddi kilo çəki atan insanın yuxusu olduqca yaxşılaşır.Buna səbəb qarın nahiyyəsində piyin əriməsi olur.
3.İdman zalında məşq yükünü artırırsan
Zaman keçdikcə daha çox təkraretmələr, daha ağır yükün altına girmə və uzanan məşq zamanları onu göstərir ki, sən doğru istiqamətdə irəliləyirsən. Mütəxəssislər mütəmadi olaraq məşqlərin intensivliyini məsləhət görür.
Məqsəd fiziki hazırlığını elə səviyyəyə çatdırmaqdır ki, həftədə 5 dəfə olmaqla 30 dəqiqə məşq edəsən.
4.Dərin daha yaxşı görsənir
Balanslaşdırılmış qida və mütəmadi fiziki məşqlər bütün bədənin sağlamlağına müsbət təsir edir. Bundan əlavə, çoxlu sayda meyvə və tərəvəz qəbulu insan dərisini gümrahlaşdırır.
Qlikemik yüklü məhsullardan imtina (çörək, qənd) dəridə ləkələri yox edir.
5.Ağlın itiləşir
Rasionunu dəyişdikdə, daha çox idmanla məşğul olduqda və çəki itirdikdə, insanın düşünmə qabiliyyəti də sürətlənir. Tədqiqatların nəticələrinə əsasən, çəkinin azalması birbaşa yaddaşın güclənməsi ilə bağlıdır.
6.Xroniki ağrıların azalması
Çəkinin azalması bədəndəki oynaqlara, ayaqlara, və belin aşağı hissəsinə təzyiqi azaldır. Çəki azaldıqca oynaqlardakı ağrılar da yox olmağa başlayır. Həmçinin arıqlamaq osteoartritin qarşısını ala bilər.