Gün ərzində bir neçə dəfə yemək yeyir, müxtəlif içkilər içirsiniz, hər dəfə dişlərinizi təmizləmək üçün imkan olmadığından zamanla dişlərdə ləkələr meydana gəlir və asanlıqla yoxa çıxmır.
Xoşbəxtlikdən evdə istifadə edə biləcəyiniz diş ağardıcı dəstlər var. Daha estetik gülüşə sahib olmaq üçün həkim axtarmağa, növbə gözləməyə ehtiyac yoxdur.
Bu məhsulları istifadə etmək çox sadədir və hansının yaxşı olduğunu araşdırmaq da lazım deyil. Çünki biz sizin üçün araşdırdıq. Bu məqaləmizdə diqqət etməli olduğunuz nüansları və ən yaxşı dəstləri sizinlə bölüşürük.
Ağardıcı məhsulda nəyə diqqət etmək lazımdır?
Düzgün inqrediyentləri seçin. Bu mövzuda hidrogen peroksid çox vacibdir. Bu məhsullara 7-10% peroksid məhlulu əlavə olunur. Bəzi məhsullarda isə karbamid adlı hidrogen peroksidin törəməsi istifadə edilir. O, yüksək konsentrasiyalara sahib olduğu üçün daha təsirli peroksid növüdür.
Effektivliyi uzun müddət davam edən məhsullara üstünlük verin. Diş məcunları bir o qədər də təsirli təmizləyici deyil, onlar sadəcə dişin xarici səthindəki ləkələri təmizləyir. İlk baxışda dişləriniz təmiz görünsə də, bu, reallıq deyil. Dişlərinizin daxili təbəqələrini təmizləmək üçün daha çox məhsula ehtiyac var.
Ən yaxşı diş ağardıcı dəstlər
"HiSmile Teeth Whitening Kit" - 119 AZN
Həssas dişlərə sahib olanlar "HiSmile" dəstini çox sevəcəklər. Bu məhsul ənənəvi və daha sərt peroksidlərdən fərqli olaraq, falimidoperoksid turşusunu (PAP) əsas ağardıcı vasitə kimi istifadə edir. Bu dəstə mavi LED işıqlı aparat və geli bu alətə rahat tətbiq etmək üçün şprislər daxildir.
https://int.hismileteeth.com/products/teeth-whitening-kit
"ZIMBA Teeth Whitening Strips - Mint" - 43 AZN
"ZIMBA"nın bu məhsulu zolaqlar halındadır. Ağardıcı zolaqlar yüngül kimyəvi formul istifadə edilərək hazırlanıb. Bu zolaqlar tam hamar vəziyyətdədir, üzərinə gel və digər vasitələr çəkilmir. Dadı isə hind qozu və nanəni xatırladır.
"Crest 3D White Whitestrips Vivid Plus Teeth Whitening Kit" - 50 AZN
Bu məhsul da digəri kimi zolaqlar formasındadır. Bu ağardıcı zolaqlarda ənənəvi peroksid formulu istifadə edilib. Evdə dişlərinizə heç bir ziyan vermədən istifadə edə biləcəyiniz üçün həkimlər tərəfindən ən çox məsləhət görülən məhsullardan biridir.
"GLO Brilliant Deluxe Teeth Whitening Device Kit" - 270 AZN
Dəstə LED işıqlı ağızlıq, ağardıcı flakonlar, dodaq baxım vasitələri daxildir. Bu istifadəçi dostu məhsulun tətbiqi də mövcuddur. Tətbiqi telefonunuza yükləyərək məhsulun düzgün istifadəsi ilə tanış ola bilərsiniz.
"EZGO Teeth Whitening Kit with LED Light" - 43 AZN
Bu dəst də ağardıcı məhsulu tətbiq edərək istifadə edə biləcəyiniz LED aparatdan ibarətdir. Bu aparatı digərlərindən fərqləndirən xüsusiyyət isə 10 dəqiqlik taymerə malik olmasıdır. Beləliklə, sizin zamanı hesablamağınıza ehtiyac qalmır və işiniz daha da yüngülləşir.
Bu dəstin bir digər fərqli xüsusiyyəti də ənənəvi üsullardan çox yenilikçi metodlardan istifadə etməsidir. Məhsulun hazırlanmasında peroksid deyil, karbamid adlı daha effektli maddə istifadə olunur.