Məşhur inancın əksinə, qışda arıqlamaq çətin deyil. Doğru taktikalarla bəzi tövsiyələrə əməl edərək asanlıqla arıqlaya bilərsiniz. Bu yazımızda qışda arıqlamağı asanlaşdıran metodları təqdim edirik:
Qışda üşümək arıqlamağı asanlaşdırır. Bədən istilik balansını qorumaq üçün daha çox işləyir və kalori yandırmağa başlayır. Bunun üçün çox qalın geyinməyib bir az üşüsəniz, daha tez çəki itirə biləcəksiniz. Amma diqqətli olun, sağlamlığınıza ziyan vurmayın.
Qışda isinmək üçün içdiyiniz şorbaları bir üstünlük kimi düşünə bilərsiniz. Hər növ tərəvəzdən hazırlanan şorbalar bədəninizdəki şişkinliyi aradan qaldırmaq və çəki itirməkdə təsirli olacaq.
Qışda bitki və tərəvəzlər tez arıqlamağa kömək edir. Kələm, ispanaq kimi lifli yaşıl bitkiləri mütəmadi olaraq istehlak etdiyinizdə asanlıqla arıqlayacaqsınız.
Qış mövsümündə isinmək üçün bol-bol isti maye qəbul etmək lazımdır. Bu həm sağlamlığınıza faydalıdır, həm də çəki itirmək üçün effektivdir. Qara çaydan çox yaşıl çay, cökə və zəncəfil kimi bitki çaylarına üstünlük versəniz, daha tez nəticə əldə edə bilərsiniz.
Protein və lif qaynağı olan paxlalı bitkilərə yaz-yayla müqayisədə qış aylarında daha çox üstünlük verilir. Bu da qışda arıqlamağınıza kömək edən bir digər qidadır. Odur ki, bol- bol noxud, lobya, mərci, soya ilə qidalanın.
Qış da olsa, özünüzü qapalı yerlərə həbs etməyin. Oturaq həyat tərzinə üstünlük verməyin, hərəkətli olun. İdmanınızdan qalmayın.
Ən əsası bədəninizi qalın geyimlərin altında gizlətməyə çalışmayın, çəkinizdən narahatsınızsa, elə qışdan başlayın, yayı istədiyiniz bədən ilə qarşılayın.