"Barselona”nın ən gənc oyunçusu Lamin Yamal ilə bloqer İnes Qarsiyanın münasibətdə olması ilə bağlı şayiələr ilk dəfə 2026-cı ilin yazının ortalarında yayılmışdı.
Gent.az xəbər verir ki, apreldə İspaniya mətbuatı cütlüyün restoranda birlikdə şam etdiyini yazmışdı. Buna baxmayaraq, onların heç biri münasibəti rəsmi şəkildə təsdiqləməmişdi.
Şayiələrin yayılmasından bir ay sonra Lamin, İnes ilə birlikdə “Barselona”nın La Liqa və İspaniya Superkubokundakı qələbələri münasibətilə təşkil olunan bayram yeməyinə qatılıb. Əvvəllər fanatlar onların sosial şəbəkələrdə bir-birinə qoyduğu bəyənmələri izləyirdisə, indi artıq ictimaiyyətdə onların münasibətdə olduğuna dair şübhə qalmayıb.
İnes Qarsiya — İspaniyadan olan 21 yaşlı influenserdir və sosial şəbəkələrdə 130 mindən çox izləyicisi var. Laminlə bağlı şayiələr yayılandan sonra internetdə onun haqqında fəal müzakirələr aparılıb. Bildirilirdi ki, İnes əvvəlki sevgilisini Laminə görə tərk edib. Əvvəlki münasibəti beş ildən çox davam etdiyinə görə istifadəçilər onu bu addımına görə tənqid edirdilər.

