Tarix boyu bir sıra heyvan insanların törətdiyi müharibələrin iştirakçısı olub.
Söhbət it, at, fil və hətta aslanlardan gedir. Lakin bəzən onları elə qeyri-adi tərzdə istifadə ediblər ki, adam deməyə söz tapa bilmir.
1.Odlu dəvələr
1398-ci ildə Əmir Teymur süvari ordusu ilə Dehliyə yaxınlaşır. Burada onun qarşısına Mulla xan adlı sərkərdə çıxır. Onun ordusunda əsgərlərdən əlavə 120 yaxşı silahlanmış fil var idi.
Fillərin ciddi təhlükə olacağını anlayan Türküstan əmiri buna qarşı əla fənd fikirləşir. O, yük daşıyan dəvələrin üzərinə saman yığdırıb, samanın üzərinə qır süzüb onları yandırmağı əmr edir.
Üzərinə gələn odlu dəvələrdən qorxan fillər geri çəkilərək arcadakı əsgərləri əzməyə başlayır. Beləliklə, Teymur Ləng çox əziyyət çəkmədən rəqib ordusuna qalib gəlir.
2. Kuzələrdə ilanlar
Həyatının son dövrünü Hannibal frilanserliklə keçirirdi. Dünyanı gəzərkən o, Perqamla müharibəyə hazırlaşan Vifiniya dövlətinin hökmdarının hüzuruna gəlir. Hannibal dərhal öz xidmətlərini təqdim edir.
Perqam donanması Vifiniya gəmilərinə yaxınlaşdıqda, Hannibal əsgərlərə düşmən gəmilərinə gildən hazırlanmış kuzələr atmağı əmr edir.
Gəmilərin göyərtəsinə dəyən kuzələr sındıqda Perqam əsgərləri dəhşətə gəlir. Çünki o qab-qacağın içində zəhərli ilanlar var idi. Bu dünya tarixinin ilk “zəhərli bombardmanı” uğurla nəticələnir. Düşmən əsgərlərinin əksəriyyəti canlarını qurtarmaq üçün dənizə tullanır və döyüş Vifiniyanın xeyrinə bitir.
3. Döyüşçü delfinlər
1960-cı illərdə ABŞ-da hərbi məqsədlər üçün dəniz məməlilərinin məşq etdirilməsi proqramına start verilir.
Torpedaları təkmilləçdirmək üçün delfinlərin hidrodinamik xüsusiyyətlərini araşdıran alimlər bu heyvanların nə qədər mükəmməl olduğunu anlayırlar. Məsələn, onların exolokasiya sisteminin tayı-bərabəri yoxdur.
Qeyd etmək lazımdır ki, həmin proqrama həmçinin su itlərini və balinaları cəlb ediblər.
4. Ha-küy salan donuzlar
Bilirdinizmi ki, fillər odlu dəvələrdən çox hay-küy salan donuzlardan nifrət edir? Tarixçi Kessariyalı Prokopi öz “Müharibələrin tarixi” kitabında xatırlayır:
“Xosrov fars orduları ilə Edessanın divarlarına hücum edərkən, ən hünərli farsların üzərində oturduğu bi fil divara yaxınlaşır. Hamı farsların qısa zamanda divarın üstündə döyüşən əsgərlərə qali gəlib qəsrə girəcəyini düşünürdü. Lakin romalılar bunun qarşısını donuz çoşqasının vasitəsi ilə ala bilirlər. Onlar çoşqanı ayağından asırlar.
Bu zaman donuz hay-küy salmağa başlayır. Çoşqanın səsinə dözməyən fil geri çəkilir”.
5. Pişiklər
Fars şahı II Kambis həmişə müdrik səyahətçi kimi hərəkət edərmiş. Yeni dövlətə gəldikdə oranın adət-ənənələrini öyrənərmiş. Bu vərdiş ona Misiri fəth edərkən kömək olur.
Dirənişli misirlilər ona Pelusiya şəhərini verməkdən imtina edirdilər. Şəhərin divarlarına yaxınlaşanın başına oldu ox və daşlar yağırdı.
Bunu görən Kambis ətrafda gəzən pişikləri yığmağı əmr edir.
Sonra isə əsgərlərə əllərində pişik tutaraq şəhərə tərəf irəliləmək əmri verilir. Bunu görən misirlilər əlacsız qalır. Çünki onları üzərinə Misirin əsas ilahlarından biri olan Bastetin balaca qohumlarının gəldiyini görürlər.
Beləliklə, Kambis ciddi itki vermədən Pelusiya şəhərini fəth edir. Ümid edirik ki, bu qələbədə böyük qatqısı olan pişiklərə hədiyyə kimi balıq veriblər.