Həkimlər daha çox küt və ya çox savadlı xəstələrdən narazı olur.
Gent.az xəbər verir ki, xəstələrin qəbulda hansı davranışının həkimləri qıcıqlandırdığı açıqlanıb
Ən zəhlətökən 5 ifadə isə bunlardır:
- Həkim, internetdə yazılıb ki....
Elə xəstələr var ki, xəstəliklərin simptomları haqqında bilirlər. Çoxlu tibbi ədəbiyyat oxuyurlar, internet saytlarını vərəqləyirlər. Təcrübə təqdirəlayiqdir, amma belə bir şəxs həkimə dərs deməyə başlayırsa, bu, qıcıqlanmaya səbəb olur. Çünki real tibb internetdəki deyil.
- Həkim, siz axı düz demədiz, bu mənim dəqiq diaqnozumdur?
Hər şeyi bilən, həkimə yol göstərən, hər şeyə tənqidi yanaşan xəstələr hətta diaqnoza etiraz, müalicədən imtina edə bilər.
- Mənə nə edirsiz, nə vurursuz?
Yuxarıda təsvir edilənlərin tam əksi olan xəstələr var. Həkimin yanına gedirlər, səbəbi belə başa düşmürlər, nə baş verdiyini anlamırlar.
- Mən analiz və müayinəyə hazıram, elə indi edək.
Bir çox prosedur və müayinələrə hazırlıqlı gəlmək lazımdır. Ac qarına, siqaret çəkmədən, səhər tezdən və hətta susuz. Amma xəstələr elə günortaca hər şeyi bir anda edib evə getmək üçün həkimi aldadır: acam, susuzam, indi hazıram.
- Bütün həkimlər qəssabdır.
Kobud müayinə, müdaxilə və ya əməliyyat olacağını eşidəndə, bir çox xəslərin gözündə həkim cəllada çevrilir.
Amma neyləmək olar, həkimlik peşəsi və etikası xəstələri anlayıb yola verməyi tələb edir.(medicina.az)