Prezident Rəcəb Tayyib Ərdoğan son aylarda ABŞ-da SpaceX-in qurucusu İlon Maskla görüşüb.
Gent.az xəbər verir ki, Ərdoğan Maskı Teslanın Türkiyədə 7-ci fabrikini qurmağa çağırmışdı.
"Bloomberg"in məlumatına görə, ABŞ-ın elektrikli avtomobil istehsalçısı Tesla-nın yeni fabriki ilə bağlı Mask qərarını verib. Tesla Hindistanla 2 milyard dollarlıq fabrik sərmayəsi üçün razılaşma əldə etmək üzrədir.
Hindistan Tesla ilə öz avtomobillərini gələn ildən etibarən ölkəyə göndərməyə və iki il ərzində fabrik qurmağa imkan verəcək sövdələşməyə yaxın görünür. Mənbələr sövdələşmə ilə bağlı yekun qərarın verilmədiyini və planların dəyişə biləcəyini bildirib.